Cəlilabadda heyvanlar kütləvi şəkildə tələf olub - SƏBƏB - VİDEO
Cəlilabadda dabaq xəstəliyinə qarşı vaksin vurulduqdan sonra heyvanlar kütləvi şəkildə tələf olmağa başlayıb.
Adalet.az Xəzər Tv-yə istinadən xəlumat verir ki, Cəlilabad rayon sakini Daşqın Hüseynov iddiasına görə, vaksinasiya aparıldıqdan sonra ilkin mərhələdə 4 baş xırdabuynuzlu heyvan bir neçə gün ərzində tələf olub.
Digər qoyunlarda isə vaksinin vurulduğu nahiyədə iltihablaşma müşahidə edilməyə başlanıb.
Təsərrüfat sahibi bildirir ki, heyvanlarda infeksiyanın mövcudluğu təsdiqlənib.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları vətəndaşın müraciətindən sonra ölmüş heyvandan nümunə götürüblər. Laboratoriyanın nəticəsinə əsasən ''infeksiya törədicisi CI perfringens'' aşkarlanıb.
Qeyd edilib ki, bu, torpaq infeksiyasıdır. Xırdabuynuzlu və iribuynuzlu heyvanlarda bu mövsümdə üzə çıxan xəstəlikdir. Yəni, heyvanların tələf olması dabaq xəstəliyi əleyhinə olan dərmanla əlaqəli deyil.
“Vətəndaşın iddia etdiyi dabaq əleyhinə vaksin dövlət tərəfindən təmin edilir. Hazırda heyvanlarda aşkarlanan xəstəliyə qarşı isə vətəndaş özü dərman alıb vaksin vurdurmalıdır”,- deyə əlavə edilib.
Digər Xəbərlər
22 Iyul 2026 15:27
Dəhşətli istilər olacaq...
22 Iyul 2026 11:30
57 nəfər əvvəlki işinə bərpa edildi
21 Iyul 2026 17:07
Sərxoş sürücülər böyük təhlükə mənbəyidir!
21 Iyul 2026 16:18
Bakıda “Ambucycle” motosikletlər - Feldşerlər idarə edəcək - Fotolar
21 Iyul 2026 15:56
“Ailələrin dağılması və nikahların azalması vətəndaş artımını da bloklayır...”
21 Iyul 2026 11:21
Paytaxtda yaşıllaşdırma tədbirləri sürətlənib
21 Iyul 2026 11:14
Səyyar ASAN xidmət Xankəndidə
21 Iyul 2026 10:56


Bakı -°C

