adalet.az header logo
  • Bakı -°C
17 Iyun 2026 10:27
73
İDMAN
A- A+

DÇ-2026: Messi het-trik etdi, Argentina qələbə qazandı

Futbol üzrə dünya çempionatında növbəti oyun keçirilib.

Adalet.az xəbər verir ki, J qrupunda mübarizə aparan Argentina Əlcəzairə qalib gəlib.

Kanzas stadionunda keçirilən qarşılaşmada Argentina 3:0 hesabı ilə qələbə qazanıb.

Hər üçün qol komandanın lideri və kapitanı Lionel Messinin aktivinə yazılıb.

Saat 08:00-da isə eyni qrupda Avstriya İordaniya ilə oynayacaq.