DÇ-2026: Fransa 3 xalı 3 qolla qazandı
DÇ-2026-nın qrup mərhələsində növbəti oyunlar keçirilir.
Adalet.az xəbər verir ki, I qrupunda Fransa millisi Seneqal ilə qarşılaşıb.
Matç Bakı vaxtı ilə saat 23:00-da start götürüb
Oyunun ilk hissəsində qapılara qol vurulmayıb.
İkinci hissəyə daha fəal başlayan Fransa istəyinə 66-cı dəqiqədə çatıb. Maykl Olisenin mükəmməl ötürməsindən sonra Kilian Mbappe hesabı açıb.
82-ci dəqiqədə Fransa hesab arasındakı fərqi artırıb. Rabiyonun pasında qapıçıyla təkbətək çıxan Bredli Barkola topu Eduard Mendinin başı üzərindən tora qovuşdurub.
95-ci dəqiqədə Seneqalın heyətində İbrahim Mbaye fərqi azaltsa da, 1 dəqiqə sonra Kilian Mbappe fantastik zərbə ilə yenidən fərqi 2 topa çatdırıb: 3:1.
Görüş bu hesabla da başa çatıb.


Bakı -°C

