adalet.az header logo
  • Bakı -°C
17 Iyun 2026 13:57
75
ŞOU-BİZNES
A- A+

Aktrisa: “Təcrübəli olmaq yox, istedadlı olmaq önəmlidir”

Aktrisa Zülfiyyə Qurbanova  yaşlı həmkarlarının bəzi fikirləri ilə razılaşmadığını bildirib. 

Adalet.az  bildirir ki, o, daha çox tanınmağı və təcrübəli  olmağı yox, istedada dəyər verdiyini söyləyib:

“Mən həmişə stajı yox, istedadı daha üstün tutmuşam. “sənin yaşın qədər stajım var” cümləsini əsla qəbul etməmişəm. Mən nə edə bilərəm ki, filankəsdən 10-15 il sonra doğulmuşam. Bəlkə onunla eyni vaxtda doğulsam, ondan  daha çox uğur qazanardım. Bu düşüncə normal düşüncə deyil.  Sənin yaşın hələ azdır fikri ilə neçə- neçə mükafatlardan kənarda qalmışıq. Kiminsə 60-65 yaşının olması məndən və digər gənc həmkarlarımdan istedadlı olması anlamına  gəlmir”. 

Əntiqə