MEDİA və İsƏT Xəbər Agentlikləri Birliyi əməkdaşlıq perspektivlərini müzakirə etdi - FOTOLAR
Medianın İnkişafı Agentliyində (MEDİA) İslam Əməkdaşlıq Təşkilatının (İsƏT) Xəbər Agentlikləri Birliyinin baş direktoru ilə görüş keçirilib.
Adalet.az xəbər verir ki, bu barədə MEDİA məlumat yayıb.
Görüşdə Agentliyin İcraçı direktoru Əhməd İsmayılov qlobal informasiya məkanında sürətlə dəyişən çağırışlar fonunda media qurumları arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
O bildirib ki, saxta və qeyri-mötəbər məlumatların yayılmasına qarşı mübarizədə təcrübə mübadiləsinin təşkili, media və rəqəmsal savadlılığın təşviqi, eləcə də dezinformasiya, yanlış məlumatlandırma və nifrət nitqinə qarşı koordinasiyalı fəaliyyətin genişləndirilməsi xüsusi önəm daşıyır.
İsƏT-in Xəbər Agentlikləri Birliyinin baş direktoru Məhəmməd Əl-Yami rəqəmsal transformasiya dövründə innovativ texnologiyaların, xüsusilə süni intellekt alətlərinin media sahəsində məsuliyyətli və şəffaf istifadəsinin əhəmiyyətinə diqqət çəkib.
O bildirib ki, kontentin hazırlanması, yoxlanılması və idarə olunmasında yeni texnologiyaların tətbiqi peşəkar jurnalistika prinsiplərinə və etik standartlara uyğun şəkildə həyata keçirilməlidir.
Görüş zamanı media savadlılığının artırılması, informasiya təhlükəsizliyinin təşviqi, media sahəsində innovativ həllərin tətbiqi və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
16 Iyun 2026 12:01
"Media yeni çağırışlara daha çevik reaksiya verəcək" - Natiq Məmmədli
16 Iyun 2026 11:36
Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş ləğv edilir
16 Iyun 2026 10:08
Medianın İnkişafı Agentliyi və Audiovizual Şura birləşdirilir
12 Iyun 2026 14:31
Natiq Məmmədli: Azərbaycana qarşı informasiya hücumları insan hüquqları üzərindən spekulyasiyalara əsaslanır
10 Iyun 2026 15:22
MEDİA yeni qanun layihəsinin ictimai müzakirəsini təşkil edib
10 Iyun 2026 15:16
Əhməd İsmayılov: Erkən yaşlarda tənzimlənməyən sosial şəbəkə istifadəsi problemlərə səbəb ola bilər
08 Iyun 2026 12:49
"Azərbaycan mediası bu istiqamətdə maarifləndirici fəaliyyət həyata keçirib" - Natiq Məmmədli
05 Iyun 2026 15:11


Bakı -°C

