adalet.az header logo
  • Bakı -°C
17 Iyun 2026 09:22
75
SİYASƏT
A- A+

Əli Əsədova “Bright Uzbekistan” layihəsi təqdim olundu

Azərbaycanın Baş naziri Əli Əsədova Özbəkistana işgüzar səfəri çərçivəsində beynəlxalq media layihəsi olan “Bright Uzbekistan” jurnalının xüsusi buraxılışı təqdim edilib.

Bununla bağlı Adalet.az-a Nazirlər Kabinetindən məlumat verilib. 

Qeyd olunub ki, jurnalın Azərbaycanla bağlı nəşr edilən 3-cü və 4-cü xüsusi buraxılışları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin dövlətçilik irsinə və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin əldə etdiyi uğurlara həsr olunub.