adalet.az header logo
  • Bakı -°C
17 Iyun 2026 10:01
57
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğlu: ÖLÜM

Dünən  daha  bir  əzizimi, doğmamı   60-a  çatmamış  qəfil  İTİRDİM... Namərd  ÜRƏK... Namərd ÖLÜM!..
                   
De. bəlkə  küləksən   anidən  əsən
Ya  daşsan  sürüşüb  qəfil   yol  kəsən....
Olanlara , inanmaq  olmur  bəzən - 
Ölüm?!.

Fərq  qoymur kimdi, ya  hansı  təbədi
Dəyişmir    heç  vaxt ,  ünvanı, məbədi!
Varsan ,  bütün  zamanlarda  əbədi -
Ölüm!  

Bütün  göz  yaşların, səsləri  udur
Səbrini   həmişə   gizlində   tutur!..
Hərkəsə  deyir  ki, sakitcə  otur !-
Ölüm...

Varlığı  bəllidi, yerini  bilən
Yoxdur ki, hay  salsın "Ölüm"-dü  gələn...
Hamıya, mənə də  sonuncu  gülən -
Ölüm!