adalet.az header logo
  • Bakı -°C
15 Iyun 2026 13:18
68
KRİMİNAL
A- A+

Qanunsuz saxlanılan 10 tüfəng aşkarlanıb

Həftəsonu qanunsuz saxlanılan 10 tüfəng, 3 avtomat aşkarlanıb.

Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iyunun 13-də və 14-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 10 tüfəng, 11 patron darağı və 362 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.