adalet.az header logo
  • Bakı -°C
16 Iyun 2026 10:36
69
İDMAN
A- A+

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi bu gün müəyyənləşəcək

"Qarabağ" klubunun UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi bu gün bəlli olacaq.

Adalet.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

Püşkatmada "Qarabağ"ın mümkün rəqibləri aşağıdakı klublardır: Slovakiyanın "Jilina", Serbiyanın "Novi Sad", Rumıniyanın "Universitate Kluj", Sloveniyanın "Alyuminiy", İrlandiyanın "Derri Siti" və İslandiyanın "Vestri" komandaları.

Qeyd edək ki, UEFA Avropa Liqasının I təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da keçiriləcək.