Nazirin balası, xalqın balası və üz-üzə təhsil – Yılmaz Özdil yazır

YILMAZ ÖZDİL
269699 | 2020-09-22 13:14

 

Romanın orta təbəqə ailələrinin yaşadığın Prati səmtində fövqəladə bir sabah açılırdı. Saat 8 radələri idi.

Mordini küçəsi, 19 №.

İtaliyada nə qədər qəzet, TV varsa, hamısı müxbirlərini hava açılmamış oraya göndərmişdi.

Medianın diqqət mərkəzi bu adres - Giuseppe Gioacchino Belli məktəbi idi.

Kameralar açıq, hər kəs həyəcanla onu gözləyirdi.

“Aha, odey orada” deyə müxbirlərdən biri bağırdı.

Bütün kameralar, bütün obyektivlər həmin səmtə çevrildi.

Bəli, o, həqiqətən də gəlirdi.

Niccolo.

Üzündə maskası.

Çiynində çantası.

13 yaşında.

Tək idi.

Yanında ona yoldaşlıq edən anası və atası yox idi.

Jurnalistlərin yanından keçərkən təbəssümlə əlini yelləyib “günaydın” dedi.

Ona “günaydın, Niccolo” dedilər.

Pilləkənləri çıxdı.

Sinfə girdi.

Niccolo…

İtalya baş nazirinin oğludur.

L'educazione faccia a faccia.

Yəni üz-üzə təhsil.

İtaliyada üz-üzə təhsil belə başladı…

Avropada universitetlər xaric ibtidai və orta məktəblərin hamısı açıldı.

5,6 milyon şagird dərsə başladı.

Məktəblərə indilik 136 milyon maska paylanıldı.

Hər şagirdə hər gün bir maska pulsuz verilir.

445 min litr dezinfeksiya geli paylanıldı.

Qapısında əl geli olmayan sinif qalmadı.

Bütün məktəblərin tualetləri öz-özünü dezinfeksiya edə aparatlarla təchiz olundu, hər tualet istifadə olunduqdan sonar avtomatik təmizlənir.

Uşaqlar sosial məsafəyə uyğun formada bir-birindən aralı otursunlar deyə indilik 200 min tək sıra əlavə olundu, 400 min oturacaq gətirildi. Lazım olan şeylərin istehsalı sürətlə davam edir, cəmi 2 milyontək oturacaqlı partalar olacaq. Masaların üstü şüşədən düzəldilir. Xadimələr hər tənəffüsdə təmizlik işləri aparır. Təmizlik işləri şüşədə daha asan olduğu üçün masalar taxtadan deyil.

Məktəblərə 1 milyon qızdırmaölçən paylanıldı.

Hər müəllimdə, hər xadimədə qızdırmaölçən var.

Məktəb açıldığı həftə bütün müəllimlər, xadimələr testdən keçirildi və bundan sonra da testdən keçəcəklər.

Valideynlərin və kənar şəxslərin məktəblərə girişi qadağandır.

Yalnız müəllimlər, şagirdlər və xadimələr girə bilər.

Hər bir valideynlə rəsmi yazı göndərildi:

“Hər bir valideyn hər səhər uşağının qızdırmasını ölçəcək, əgər temperatur 37,5 dərəcəni keçibsə, uşağını məktəbə yollamayacaq və dərhal xəstəxanalara, həkimlərə müraciət edəcək”.

Amma…

Bu tədbirlərin heç biri italyan xalqına bəs eləmədi, onlar özlərini təhlükəsizlikdə hiss etmədilər.

Xalqın ram olunması üçün təkcə bir şərt vardı.

Niccolo!

Çünki “məktəbləri açdıq” demək asandır.

“Məktəbləri açdıq” deyən baş nazir öz oğlunu məktəbə göndərəcəkmi?

Hər kəs bu sualın cavabını gözləyirdi.

Niccolo maskasını taxdı, çiynində çanta ilə gəldi və sinfə girdi.

500 polisin müşayiətilə, idarə maşınları ilə yox.

Təkbaşına.

Hamının övladı kimi.

Gəzə-gəzə.

Baş nazirdən soruşdular:

- Bir ata olaraq məktəbin açıldığı ilk gün oğlunuzun yanında niyə olmadınız?

“Özünə inanmağını, güvənməyini istədim, istədim, bilsin ki, o mənsiz də məktəbə gedə bilər” – dedi baş nazir.

Niccolo bu dəqiqə İtaliya təhsil sisteminin test obyektinə çevrilib.

Hər səhər onu izləyirlər.

Noccolo gəldisə, məktəblər neqativdir.

Gəlmədisə, pozitiv.

O gəlməsə, heç kim uşağını məktəbə göndərməyəcək.

Həyatda övladlarımızdan daha dəyərli heç nə yoxdur.

Dövlət “uşaqlarınızı məktəbə göndərin” deyirsə... hər kəsdən əvvəl dövləti idarə edənlərin uşaqları, nəvələri məktəbə gedəcək.

Sonra xalqın uşaqları...

Mən İtaliyadan danışıram, amma Almaniyada da, Fransada da belədir.

Türkiyədə də belə olmalıdır.

Ya hamıyla birgə, ya da heç biri...

 

Dilimizə uyğunlaşdıran: Eminquey

 

TƏQVİM / ARXİV