adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Əbülfət MƏDƏTOĞLU: İNCİMƏ(K)

ƏBÜLFƏT MƏDƏTOĞLU
100880 | 2020-08-29 11:24

Mən deməsəm də,özünüz də yaxşı bilirsiniz. Bilməyənlər də bir-birindən soruşub öyrənə bilər.Dünyada insana daha çox şamil edilən bir xüsusiyyət var. Onun adı da inciməkdi. Doğrudur, təbiət bu xüsusiyyəti təkcəinsanda əks etdirməyib, yəni inciyən, küsən gül də var, dəvə də, at da, it də vəbaşqa canlılar da. Ona görə bunları xüsusi vurğulayıram ki, mən həyatımda dəvənin,atın, itin necə sahibindən küsdüyünü görmüşəm, bu mənzərəni yaşamışam. O cümlədənevimdə küsən gülün də boynunu necə bükdüyünü izləmişəm... Və bunu ona görəxatırladıram ki, deməli, Allahın yaratdığı canlıların sevmək, sevilmək, mübarizəaparmaq kimi cəhətləri ilə yanaşı, küsmək xüsusiyyəti də var. Lakin burada birməqam var, onu xüsusi qeyd etmək yerinə düşər.

... Bir anlıqdüşünək. Ümumiyyətlə, incimək nədir? Kimdəminciyirik? Niyə inciyirik? Və hətta ataların bu fikrə uyğun müdrik bir kəlamıda var. Onlar deyirlər ki, "küsəndə elə küs ki, barışmağa yer qalsın”. Mən budeyimlə 50-50-yə razılaşıram. Çünki incimək mənə görə ürəyə xal salmaq, onun müəyyənhissəsini zədələməkdi. Və ürəyə xal düşübsə, barışmaq onu heç cür sağalda bilməz.Deməli, ən yaxşısı inciməmək, ya da inciməyə şərait yaratmamaqdı. Çox təəssüfki, bunu etmək bəzən mümkün olmur. Özü də söhbət duyğulardan, hisslərdənyaşantılardan gedəndə bu tamam mümkünsüz olur. Və...

Hər gün öz-özümləkifayət qədər həmsöhbət oluram. Və bu söhbətlərimin bir hissəsi özümüsorğu-sual etmək istiqaməti olduğundan hərdən suallardan qaçmaq istəyirəm. Ammagörürəm ki, qaça bilməyirəm. Ona görə ki, yerində, məqamında işlətmədiyim və yaxud deməyə gecikdiyim söz kiminsə qəlbinə dəyir...ürəyini ağrıdır. Yəni incidir. Bax, onda min dənə minnət, min dənə yalvarış daköməyə çatmır. Necə deyərlər, olan oldu, əl tətiyə dəydi və güllə açıldı...

Hə, mən bu kiçikgirişi ona görə xüsusi qabartdım ki, çevrəmdə baş verənlər, bəzən şahidinə, bəzəniştirakçısına çevrildiyim reallıqlar mənio qədər sıxır ki, onda yumuşaq desəm, Allahımdan da, özümdən də, həttakağızdan, qələmdən də inciyirəm. Deyə bilərsiniz ki, çox pafoslu oldu. Ammayox! İnanın ki, bu gerçəkdi. Hardasa oxumuşam, ya da eşitmişəm. Deyirlər ki, "dəvənieşşəyin quyruğuna bağlamaq onu yumuşaq mənadaincitməkdi”. Amma burda görünən gerçəklik isə təkcə incitmək yox, həm dəaşağılamaq, təhqir etmək, sındıqmaqdı. Düzdü, yorulan atları güllələyirlər,amma alçaltmırlar, sındırmırlar. Çox təəssüf ki, mən daha çox sındırılmanın,alçaldılmanın, yəni yumuşaq desəm, incidilmənin izləyicisinə çevrilirəm. Ondada ürəkağrısı, əsəb, içində doğranmaq adamı çökdürür. Və...

Bəli, günümüzmüxtəlif problemlərlə yüklənib. Bizyaşayırıqsa, o problemləri çözməyə, onlara qarşı mücadilə etməyə məhkumuq. Ənazından yaşamağımız naminə. Lakin baş verən olaylar göstərir ki, bu yaşamsevdası əsəb, stress, ömürdən kəsilən hissələr hesabına başa gəlir. Nəticədə dəbiz şikəst oluruq. Təbii ki, mənən, ruhən. Üstəlik, bu şikəstliyimiz özü dəbizi incidir... Onda ümid Allaha və bir də sənin sirr yerin olan ürəyə qalır. Təbiiki, mən də bütün sirlərimin saxlancıolan ürəyimə üz tutub pıçıldayıram:


Bura şəhər, sən də sakit və həlim

Səsim-küyüm səniyorsa incimə...

Kənd havalı birdamarım, bir əlim –

Bir nimçənisalıb qırsa incimə!


İstəmirəm göytitrəyə, yer əsə

Sübh oyanıbtoxunanda nəyəsə...

Qaşlarının bir tərəfiəyilsə -

Lap başına cin dəvursa, incimə!


Ağarıbdı telimkimi ağlım da

Maraqlıdı həyatadlı nağlım da!

Mənlə keçən buillərin axrında –

Qazandığın kül,ya qorsa incimə...


Fərəhlənmək, kədərlənməknisbidi

Baxışlar buz,göz yaşısa istidir!

Bəndənizdi – Əbülfətdə ismidi –

Sevdin məni? –deyib sorsa, incimə!..

***

Hər dəfə özüməverdiyim suallardan birinin cavabını qarşıma çıxan görəndə elə bilirəm ki, osual kabusdu, məni izləyir. Bir az xoflanıram, bir az ağlımdan, özümdən şübhələnirəm.Və sonra baxıb görürəm ki, sən demə, bu heç qarabasma da deyil. Sadəcə, hər kəsin yaşadığı, hər kəsin adi şəkildə qəbuledib, hətta bəzən əhəmiyyət vermədiyi bir həyat gerçəkliyidi. Yəniyaşayırsansa, deməli, mütləq nəsə baş verəcək... ya iştirakçısına çevriləcəksən,ya şahidinə, ya da dinləyicisinə. Ona görə ki, informasiya axını indi qəfilyağış deyil, əksinə, indi dayanmadan yağan və insanın bütün varlığını isladanyağışdı. Ondan qorunmaq üçün yalnız tərki-dünya olmaqdı çıxış yolu. Bunu da əgərbacarsaq...

Sözün bitdiyianlar olur. O anlardan biri də həmin o incimək məqamına təsadüf edir.Başqalarını deyə bilmərəm, mənim üçün incimək bir növü havadan nəm çəkmək kimi bir şeydi. Həttayazılarımın birində vurğulamışam ki, mehdən də, şehdən də, qəfil düşən damcıdanda hərdən inciyirəm. Bu, özünə qapanmanın, özünü kimlərdənsə fərqləndirməyinifadəsi deyil. Bu, sadəcə olaraq, yaşadıqlarımın mənə öyrətdikləridi, onlardançıxardığım nəticənin dilə gətirilməsidi. Axı, biz təkcə özümüz-özümüzdən yox,güvəndiklərimizdən, umduqlarımızdan da inciyirik. Özü də elə-belə, nəyəsə xatiryox, haqqa, sayğıya görə inciyirik. Nə yazıqlar ki, bəzən bu haqq, bu sayğıunudulur. Onda şəxsən mənim yadıma rəhmətlik Cəmil Əlibəyovun romanının adıdüşür. Yəqin siz də o romanın adını xatırlayırsiniz. Deyəsən duruxdunuz, onda məndeyim:

- "Ürək yamanşeydi”.

Siz bu ürəyinsızıltılarını, pıçıltılarını dinləsəniz, onda bilərsiniz ki, doğurdan da ürəkləbacarmaq asan iş deyil. İllah da ki, onu küsdürəndə, incidəndə.


Dayanıb baxıram,yol həmən yoldu

Gedən də, gələndə, nisbət də eyni...

Burda işarə var– nə sağ, nə soldu –

Sən demə mənfi də,müsbət də eyni.


Çəkirəm yaxamıözümdən uzaq

Qarışmaq niyyətimyoxdu heç nəyə...

Nə izn işarəsi,nə də ki, yasaq –

İmkan yaradılıbsanki seçməyə...


Fikir cilovunuburaxıb əlim

Tərəddüd edirəmyolun üstündə...

Bilmirəm özüməheç necə gəlim –

Yerim görünmürsə,qolun üstündə...


Tikanmı, yadaşmı kürəyimdəki

Nədirsə incitmir– rahat ağrıdı...

Nəsə pıçıldayırürəyimdəki –

Çatdığım biradsız yolun axırıdı...

***

Bəli, mən əvvəldəvurğuladım ki, umduğundan, güvəndiyindən incimək adamı daha çox üzür, daha çoxağrıdır. Çünki bu, kürəkdən vurulan zərbədi. Hərdən bu fikirlərimə görə, ürəkdostlarım məni qınayırlar. Birbaşa üzümə deyirlər ki, çox dərinə gedirsən, çoxqabardırsan olanları, eşitdiklərini...

Mən də sayğıyladinləyirəm onların iradlarını. Anlayıram, başa düşürəm ki, bu iradlar sülhməramlıdı,təsəlli üçündü, unutdurmaq üçündü. Necə deyərlər, od üstünə su səpməkmissiyasıdı. Lakin ürəklə dil tapmaq onu özünə tabe etmək elə-belə asan başa gəlmir.Ən azından ürəkdə çat, yara, ləkə kimi hallar baş verir. Onu özümdənuzaqlaşdırmaq üçün çıxıb dolaşmaq, bu məqamdan, bu yerdən uzaqlaşmaq məcburiyyətindəqalıram. Neyləyim ki, başqa cür bacarmıram. Və bu gedişim də öz-özlüyündəkiminsə də inciməsinə səbəb olur...

Müdrik deyimlərinsırasına boylananda diqqətimi çəkən bir kəlamı yazıya gətirirəm. Həmin kəlamdavurğulanır ki, yel qayadan heç nə aparmır. Düşünə bilərsiniz ki, bunun insana,ürəyə nə dəxli var? Axı bu, təbiətin şıltaqlığına istinadla deyilmiş fikirdi.Lakin onu insan – ürək müstəvisinə gətirəndə tamam fərqli nüanslar alınır.Adamın yadına Xətainin qılıncı, Məmməd Arazın karandaşı, "məndən ötdü,qardaşıma dəydi” düşür. Bu düşüncələr adamın içinə od salır. Və üstündə ot göyərdib,ağac bitirən daşı, qayanı sənə xatırladır. Və yenə içindən baxıb görürsən ki, həmino əsən yellər sənin ürəyindən nələrisə aparır. O gedən nələr də özü ilə birlikdədaha nələr aparır, bunu hər kəs özü bilir. Mən isə yazımın baş xəttinə, şahdamarına dönürəm. Qayıdıram əvvələ və demək istəyirəm ki...

Ömür Tanrıpayıdı. Ölçüsü, çəkisi bizdən asılı deyil. Onu bizə verənin mizan tərəzisindədi,yazısındadı. Və deməli, 30 il, 40 il, 100 il fərq eləmir, lap Şirəli Müslümovkimi 160 il yaşa! Son ki, bir gün gəlir?! Yəni hər kəsin öz dayanacağı var. Əgərbunu biliriksə, onda niyə ürəklə oynayırıq? Niyə ürəyə dəyirik? Niyə incidirikonu? Məgər hansısa varidat, mal, mülk ürəkdən qiymətlidir? Məgər ürəyimizimalımızı-mülkümüzü verib müalicə etdirmirik? Deməli, bu sadə sualların sadə dəcavabı var:

- Ürəyə dəyməyin,ürəklə oynamayın, ürəyi qoruyun!

Hə, mən inciyənürəyin çox kiçik bir məqamını, çox həzin pıçıltısının bir notunu bu yazıya gətirməyəçalışdım. İstədim ki, incidiklərim yox, daha çox incitdiklərim məni anlasınlar,məni bağışlasınlar. Və onda yəqin ki, məni incidənlər də düşünəcəklər.


Doğranmışqol-budaq ilə

Demədin necəyaşayım...

Bu ömrü qurbanındedin –

Verim, ya necəyaşayım...


İçimdə hakim dəqəhər

Ən ahıl sakin dəqəhər...

Mən də hamı tək– birtəhər –

Qoşulub köçəyaşayım.


Ahımı düyün, sapkimi

Gecikmiş söhbət- gap kimi...

Gəzir gözlərimtap, kimi –

Gündüz, həm gecəyaşayım.


Əlimi ovçundagörüm

Canımı ovcundagörüm...

Sən məni ovsunlagörüm –

Ömrü heç-heçəyaşayım...


Hə, zənnimcə, nəsədeyə bildim. Və zənnimcə, siz də nə demək istədiyimi az-çox fəhm etdiniz. Eləona görə də heç az-çox da bir-birimizi incitməyək. Axı ürək yaman şeydi!..

TƏQVİM / ARXİV