adalet.az header logo
  • Bakı -°C

İranda müharibə başa çatdımı?... -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
135 | 2026-03-10 12:02
A- A+

Əli Xameneinin oğlu Müstəcəbanın İranın yeni rəhbəri təyin olunması, rejimin əleydarlarına qarşı ciddi çağırış kimi qiymətləndirilməlidir.  Müstəcəba İran elitasının konservatuv qanadını təmsil edir.  Bu isə, o deməkdir ki, yeni lider əvvəlki siyasi kursu davam etdirəcək, ABŞ və İsraillə qarşıdurmanı davam etdirəcək. 

Görünən odur ki, Yaxın Şərqdə münaqişə, Birləşmiş Ştatların əvvəldən də planlaşdırdığl kimi aktiv şəkildə qonşu dövlətlərə də siyarət etməkdədir.  İsrail sərhədlərində TSAXAL və "Hizbullah" arasında döyüşlər davam edir.  Livanın cənub bölgələrində yaşayan insanlar evlərini tərk etmək məcburiyyətində qalıblar. Vətəndaşların kütləvi şəkildə yaşayış yerlərini tərk etməsi nəticəsində yollar iflic vəziyyətinə düşüb. Bir sözlə, vəziyyət istənilən vaxt nəzarətdən çıxa bilər. 

 ABŞ və İsraillə münaqişə fonunda Müstəbacanın İran İslam Respublikasına yeni Ali dini lider təyin olunması, bir daha göstərir ki, mövcud siyasi kurs davam etdiriləcək. 

 ABŞ prezidenti Donald Tramp, İran İslam Respublikasına yeni liderin təyin olunmasını tənqid edərək bəyan edub ki, yeni lider onun iştirakı və məsləhəti ilə təyin olunmalıdır. Ağ Evin rəhbəri Alxos portalına müsahibəsində bildirib ki, Müstəbaca Xameneinin yeni liderliyə namizədliyi qəbuledilməzdir: "Vaşinqton İrana harmoniya və sülh gətirəcək bir lider görmək istəyir".

 Trampın sözlərinə görə, İranda müharibə praktiki olaraq başa çatıb. "Ölkənin artıq nə dəniz qüvvələri qalıb, nə rəbitə sistemi, nə də hərbi hava qüvvələri var".  Amerikan lider daha sonra əlavə edib ki, guya əməliyyat nəzərdə tutulduğundan da tez başa çatıb, yəni müharibə bitib. 

 Əslində isə, müharibə hələ indi-indi qızışmağa başlayıb. Donald Tramp bəlkə də, müharibənin ABŞ üçün bitdiyini "nəzərdə tutur", region ölkələrinin davam edən qarşıdurmalarını hesaba almır. Necə deyərlər, "aranı qızışdırıb regionu qan çanağına döndərməklə işini bitmiş hesab edir".

 İranda mövcud rejimi devirmək niyyətiylə,  Ali dini rəhbər  Əli Xameneini ailə üzvləri ilə birlikdə qətlə yetirən İsrai, hakimiyyətin dəyişməsi ilə barışmadığını elan edib və əyatullanın yerinə seçiləcək istənilən liderə qarşı da, hücumlarını davam etdirəcəyi ilə bağlı xəbərdarlıq edib. Yəni, İsrail hesab edir ki, İrana qarşı aparılan əməliyyatların məqsədi hakimiyyəti deyil, məhz rejimi dəyişməkdir.

Beləliklə, ABŞ prezidentinin "müharibə sona çatıb" bəyənatı, heç də reallığı əks etdirmir. Reallıq isə onu göstərir ki, müharibə hələ indi qızışmağa başlayır...


 

  • Mart:
  • 6

TƏQVİM / ARXİV