adalet.az header logo
  • Bakı -°C
18 Mart 2026 18:45
84
DÜNYA
A- A+

ABŞ Hörmüzlə bağlı yenidən müttəfiqlərə üz tutdu

ABŞ prezidenti və onun komandası, xüsusən də müharibə və dövlət katibi Hörmüz boğazının təhlükəsizliyinin təmin olunmasında bu ölkəyə kömək etmələri üçün Avropadakı həmkarları, Ərəb və Körfəz bölgəsindəki müttəfiqlərlə əlaqə saxlamaqda davam edir.

Adalet.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolina Levitt bildirib.

O qeyd edib ki, bu, ABŞ-ın deyil, daha çox onların xeyrinədir.

Qeyd edək ki, daha öncə Donald Tramp müttəfiqlərinə müraciət edərək, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının üçüncü həftəsində strateji Hörmüz boğazında su yolunun qorunmasına kömək etmələrini istəmişdi.