Bunlar hamısı ilahi nizamın təzahürüdür - İlahiyyatçı
“İslamda təsadüf yoxdur, təvafüq var. Fətvaları yenə gözdən yayınıb fars şüubiyyəsinin ideologiyasına uyğun vermək lazım deyil. Bilməyənləri aldada bilərlər, ancaq məqsədi anlayanların iradına da nöqsan tutula bilməz. İstənilən şəxsə sübut etməyə hazıram ki, dini fıtvada "təsadüf edəcək" sözü və fikrinin istifadəsi məna olaraq da, termin olaraq da küfrdür və İslam fəlsəfəsinə, hüququna ziddir. Təvafüq sözü ilə tanış deyillərsə bilənlər fətva şurasına izah etsin zəhmət olmasa”.
Adalet.az xəbər verir ki, bunu Tural İrfan deyib.
O, bildirib ki, nə kainat təsadüfən yaradıb, nə də Ramazan bayramı təsadüfən Novruz bayramına rastlayıb:
“Bunlar hamısı ilahi nizamın təzahürüdür və bir hikmətə, səbəbə, zərurətə bağlıdır. Təsadüf başqadır, zərurət başqa. Dini fətvalar verilərkən diqqətli olunmalı, ən azı mötəbər alimlərin fətva nümunələrinə nəzər yetirilməlidir. Fətva verilərkən hansı dəlilə, hansı sübuta əsaslanılıbsa o da mətndə açıq göstərilməlidir. Əgər Qurana, Peyğəmbər hədislərinə, icmaya, rəyə, qiyasa, istihsana, ağıla əsaslanıblarsa bu göstərilməlidir. Artıq indi "ağa deyirsə sür dərəyə, sür" dövrü keçib. İndi insanlar ağıla, dəlilə əsaslanan həqiqətləri qəbul edirlər. Ən əsası isə İslam hüququnun, fiqhin, üsuli-fiqhin metodologiyası bunu tələb edir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
18 Mart 2026 11:50
“Bütün Çərşənbələr əslində iqtisadi məna daşıyır”
18 Mart 2026 11:01
Qar yağır, külək əsir - FAKTİKİ HAVA
17 Mart 2026 13:32
Uşaqlara qarşı aqressiv davranışın qarşısını almayanlar cərimə olunacaq
17 Mart 2026 13:31
Dilənçiliklə məşğul olanlar cərimə ediləcək
17 Mart 2026 13:13
Süni intellektlə qanunsuz şəkillər hazırlayanlar 5 ilədək həbs ediləcək
17 Mart 2026 13:09
Böyük qayıdış: Daha 368 nəfər doğma yurda döndü - YENİLƏNİB
17 Mart 2026 12:07
Bakıda daha 7 marşrut xəttinin avtobusları tam elektrikləşdirildi
17 Mart 2026 11:47


Bakı -°C

