Qar yağır, külək əsir - FAKTİKİ HAVA
Azərbaycanda dağlıq ərazilərə qar yağır, qarın hündürlüyü Şahdağda 7, Qrızda 1 sm-dir.
Adalet.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin martın 18-i saat 10:00-a olan məlumatında qeyd edilib.
Bildirilib ki, düşən yağıntının miqdarı Şabranda 8, Qəbələdə 7, Zaqatala və Sarıbaşda (Qax) 6, Qobustan və Balakəndə 4, Astara və Xaltanda 2, Quba, Qusar, İsmayıllı, Şamaxı, Şəki, Oğuz, Şabran, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Naftalan, Yardımlı, Biləsuvar, Lənkəran, eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.
Martın 17-də şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti Naftalanda 18, Kəlbəcərdə 17, Bakıda və Abşeron yarımadasında 15 m/s-dək güclənib.
Gəncə, Naftalan, Şəmkir, Sarıbaş (Qax), Zaqatala, Şəki, Şamaxı, Qrız, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
Digər Xəbərlər
25 Mart 2026 13:13
Prezident “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında - FOTOLAR
25 Mart 2026 11:41
Sumqayıtda xeyir-şər evlərinin fəaliyyəti dayandırılıb? - RƏSMİ AÇIQLAMA
25 Mart 2026 11:33
Bəzi ərazilərə yağış yağır - FAKTİKİ HAVA
24 Mart 2026 17:13


Bakı -°C

