"Mövcud vəziyyətdə İran generalları və siyasi liderlər sağ qalmaq üçün..."
"İran yeganə ölkədir ki, müharibədə ölən siyasi və hərbi rəhbərlərin ümumi sayı, ölən əsgər, MAXE, gizir və zabitlərin sayından çoxdur. Bu "başsızlasdırma və tükəndirmə" müharibəsidir".
Adalet.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib.
"Maraqlı bir detal ondan ibarətdir ki, İranda ölən siyasi-hərbi rəhbərliyin vəzifəsi, adı və soyadı barədə İsrailin verdiyi məlumatlar sonradan artıqlaması ilə İran tərəfindən təsdiqini tapır. İranın ABŞ və İsrailin itkiləri ilə bağlı verdiyi rəsmi məlumatların isə bir dənəsi təsdiqini tapmır. Bu isə əksər nüfuzlu medianın və ictimai şəxslərin İran tərəfinin məlumatlarına etibar etməməsi ilə nəticələnir. Türkiyə mediası ilə vəziyyət İsrail ilə münasibətlərin gərgin olması səbəbindən bir qədər fərqlidir, amma bu da müvəqqəti xarakter daşıyır.
Digər vacib məsələ. Düşmən kəşfiyyatının İran ərazisində olduğu qədər dəqiq və sərbəst işlədiyi ikinci bir müharibəyə hərb tarixində rast gəlinməyib.
Mövcud vəziyyətdə İran generalları və siyasi liderlər sağ qalmaq üçün İsrail və ABŞ əleyhinə sərt bəyanatlardan çəkinməlidir", - deyə o, bildirib.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
26 Mart 2026 13:00
"Naxçıvanla nəqliyyat əlaqələrinin brəpası Orta Dəhlizin səmərəliliyini artıracaq" - Spiker
26 Mart 2026 11:23
İlham Əliyev Banqladeş Prezidentini təbrik edib
26 Mart 2026 11:16
“Paşinyan ağıllansa da, Sarkisyan və Köçəryan...” – Politoloq
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07


Bakı -°C

