SON DƏQİQƏ:

DOĞRULAR, ƏYRİLƏR - 2 - Seyfəddin Altaylı yazır

  50777   |  
Şriftin ölçüsü  

"Səmimiyyətin dili yoxdur, o gözlərdən başa düşülər”

Mustafa Kamal Atatürk

(Əvvəli burada)


Ayasofiya ibadətə açıldı, ancaq mübahisələr qurtarmadı.

İstanbul 1453-cü ildə Fateh tərəfindən ələ keçirildiyində Ayasofiya kilsəsi came edilmişdi.

Qərblilər tarix boyu etdiklərini görmürlər, yəni atalar demişkən, "öz gözündəki karanı görmür, özgəsinin gözündəki tükü seçirlər".

Əlcəzairdə 1612-ci ildə tikilən Kəçova camesi fransızlar ölkəni işğal etdikdən sonra onu kilsəyə döndərib adını St. Philippə kilisəsi qoydular. Ona yaxın bütün camelər dağıdıldı və 4 onlarda ibadət halında olan 4 min müsəlman qətlə yetirildi. Həmin came 1830-cu ildən 1962-ci ilə kimi Katolik kilsəsi oldu. Kəçova ancaq Əlcəzayir 1962-ci ildə müstəqil olandan sonra təkrar came oldu.

Ruslar Krımı işğal etdiklərində yüzlərlə cameni dağıtdılar və sadəcə olaraq, üç dənəsi buraxıldı.

Yunanıstanın paytaxtında bir dənə də came buraxılmayıb. Afinada Osmanlıdan qalma iki came də bu gün müzeydir. Qərbi Trakyadakı türklər isə yunan zülmü altında nalə çəkir.

Müsəlmanların Əndülüsdən çıxarıldıqdan sonra Kurtuba Ulu Camesi başta getmək şərtilə bütün camelər kilsə edilmişdir. Üstəlik, Kurtuba camesi katedrala çevrildikdən sonra böyük ayin təşkil edilmiş və müsəlmanların ora daxil olmasına icazə verilməmişdir. Granada, Valencia, Toledo, Malaqa və digər şəhərlərdəki camelər dağıdılmış, dağıdılmayanlar da kilsə edilmişdir.

Gələk bu günə:

Rusların yardımı demirəm, birbaşa onların əliylə işğal edilən Qarabağ torpaqlarındakı cameləri bugün ermənilər donuzxanaya döndərib. Bu gün Şuşa Cümə məçidi, Ağdam camesində və digərlərində mal və donuz saxlanılır.

Ayasofiya üçün ağlayan və bizim kimi bir Allaha inanan xristianlar dindaşları ermənilərin əməlini görmür?! Oxucularım bağışlasın bunların üzünə tüpürməyə insanın heyfi gəlir...

Gələk Anadoluda yaranan əhvalatlara.

I Dünya Müharibəsi sonrasında 30 Oktyabr 1918-ci ildə Antanta dövlətləri Osmanlı ilə Mondros sazişini imzalamışdır. Bu saziş Osmanlı dövlətinə həyat verən bütün damarları kəsməyi məqsəd götürmüşdür, yəni Türklüyün məhvini.

Həmin sazişin bir neçə maddəsinə baxaq:

"Boğazlar tamamilə Antanta dövlətləri tərəfindən işğal ediləcək; Osmanlı dənizlərindəki, minalarla topların yerləri onlara göstərilərək tamamilə ləğv ediləcək; hərbi gəmilər onlara təhvil verilərək bu dövlətlərin nəzarəti altında saxlanacaqdı; dəmir yolları və ticarət onların əlinə buraxılacaqdı, nəzarət də onların olacaqdı; kömür, dizəl və motor yağı kimi maddələr xaricə satılmayacaq; ordu silahlarını buraxıb dağıdılacaqdı."

Bunlar olmuş və ölkə dörd tərəfdən işğal edilmişdir.

İngilislər 16 Mart 1920-ci il tarixində İstanbulu işğal etdilər və bu işğal 1923-cü ilin axırına kimi davam etmişdir. Onlar bir ara Ayasofiyaya zəng taxıb kilsəyə döndərmək istəsələr də Türk ictimaiyyəti və Hindistan müsəlmanlarının təzyiqindən ehtiyat edib buna üz tutmamışdır. İşğal zamanında Atatürk milləti və vətəni xilas etmək üçün, "Gəldikləri kimi gedəcəklər" - deyərək İstiqlal Müharibəsini başlatdı, millətə də "Vətən bölünməz bir bütündür; xətti müdafiə yoxdur, səthi müdafiə vardır, o səth də bütöv vətəndir" şüarıyla səslənərək döyüş meydanına atılmışdır.

Silahdaşlarıyla birlikdə illərlə mübarizə yeridərək İstiqlal Müharibəsində qələbə çalmış, Türkiyə Cümhuriyyətini qurduqdan sonra darmadağın edilmiş 13 milyon əhaliyə malik ölkəni bu vəziyyətdən tezliklə xilas etməyin və bütün dünyanın qəbul edəcəyi çağdaş düşüncəli bir dövlətə çevirməyin ideyasını həyata keçirmişdir.

Öncəliklə də xalqa mənəvi güc bəxş edəcək mədəni fəaliyyətlərdən, yolların təmirindən, iqtisadiyyatın gücləndirilməsi tədbirlərindən başlamışdır. Anadolunun hər bir küncündə Sümər, Hitit, Frigya, Lidiya, İon, Roma və s. mədəniyyətlərə məxsus əsərlərin arxeoloji qazıntılarla çıxarılmasını və muzeylər yaradılaraq onlarda müxtəlif mədəniyyətlərə məxsus eksponatların açılmasını tapşırmışdır. Türk Tarix Qurumunu yaradaraq bu yolda axtarışlar və milli tariximiz haqda tədqiqatlar aparılmasının vacibliyini vurğulamışdır.

7 sentyabr 1929-cu il tarixində

Sultanəhməd camesinin restavrasiyasının vəziyyətini görmək üçün ora gedən Atatürk Ayasofiyanı da gəzdiyində məscidin xarabaya dönmüş halını gördükdə idarəçilərə dönüb buranın da dərhal restavrasiya edilməsini tapşırmışdır. Nəhayət, Ayasofiya 1934-cü ilin noyabr ayının 24-cü günü nazirlər şurasının qərarıyla muzey olmuş, ancaq bir hissəsi də ibadətə açılmışdır, yəni ibadətə bir dəfəlik bağlanmamışdır. Atatürk daha 1936-cı ildə camenin dövlət sənədini də çıxartdırmışdır. 1930-cu illərdə faşizm və kommunizm gəmi azıya almış meydan sulayarkən Qərb dövlətlərinin ürəyindəki Türk xofu bütün əzəmətiylə yaşayırdı, elə bu gün də yaşayır. Boğazlar məsələsi, 24 İyul 1923-cü il tarixində imzalanan Lozan sazişində həll edilə bilməmişdir. Türkiyə nə illah etsə də, İngiltərənin istiqamətləndirdiyi qərb ölkələri boğazlar məsələsində yumuşalmamış və buraların nəzarəti xüsusi komissiyaya tapşırılmışdır.

Ayasofiyanın dünya mirası kimi

muzey olmasının o vaxtlarda Türkiyənin xeyrinə olacağı düşüncəsiylə hərəkət edən Atatürk, onun muzey olması qərarından iki il sonra 20 iyul 1936-cı ildə Montrəux Boğazlar sazişinin imzalanmasına nail olmuşdur. Bu sazişlə Türkiyə çox şey qazanmış və Avropalılar tərəfindən yaradılan Boğazlar Komissiyası bütün salahiyyətlərini Türkiyəyə təhvil vermişdir. Beləliklə, Türkiyənin boğazlar üstündəki tam hakimiyyəti təmin olunmuşdur.

Ayasofiyanın ibadətə açılmasından qarnı ağrıyanlar çoxdur, olacaqdır da. Yunan baş naziri Kiryakos Miçotakis "Bu qərar sadəcə, Türkiyə ilə Yunanıstan arasındaki əlaqələri yox, Türkiyə ilə Avropa Birliyi arasındaki əlaqələrə də öz mənfi təsirini bağışlayacaqdı"- deyə fikrini bildirmişdir. Özgə qərblilər də bu minvalda bəyanatlar yaymışdır, çünki bu fikirlər təzə deyil.

Hələ 1820-ci ildə Osmanlı erməniləri arasında işləmək üçün gələn amerikalı provaslav missioner Levi Parsons İzmirə ayağını qoyan kimi, "Bu günah imperiyasını tamamilə dağıtmaq mənə əhd-şərt olsun" demişdi. Bəs Trump, Mike Pompeo, Jonathan Hoffman, Merkel, Emmanuel Macron bugün ayrı şey deyir bəyəm..!? 40 ildir PKK/PYD-ni Şimali İraqda və Şimali Suriyada kimlər dəstəkləyir?

Dünən, yəni 1914-cü ildə Osmanlı dövləti pulunu ödədiyi halda, İngiltərədən satın aldığı "Sultan Osman-ı Əvəəl" və "Rəşadiyə" gəmilərini ingilislər qəsb edib verməmişdi. Bu gün Türkiyə F-35 təyyarələrinin pulunu ödədiyi halda, ABŞ onları vermir. Bəhanə qoyur ki, Türkiyə Rusiyadan S-400 raketlərini alıb, onlar da NATO-nun silah envanterində yoxdur geri qaytarın. Türkiyə təkidlə istədiyi halda, Amerika Patriot raket qurğularını da satmır, özgəsindən silah almasına da qarşı çıxır.

Almaniyanın xarici işlər naziri Heiko Maas, "Artıq Almaniya Türkiyəyə silah satmır. Ankara bu barədə bir çox dəfə tələb etsə də, biz sadəcə olaraq, dəniz qüvvələri üçün müəyyən avadanlıqları satırıq. Türkiyənin Suriyədə həyata keçirdikləri bizim üçün qəbul ediləməzdir"- deyə bəyanat yayaraq əslində Türkiyənin güclənərək öz hüquqlarına sahib çıxmasından duyduğu narahatçılığı dilə gətirib. Həm onlara, həm də ruslara görə, Türkiyə və Türk dünyası həmişəlik yağlı quyruq olmalıdır, vəssalam!..

Osmanlının başına Qərb və Rusiya tərəfindən açılan oyunlar bu əsrdə eynilə təkrar edilmək istənir. Ancaq imperialistlərin fikirləşmədiyi bir şey var, artıq Türkiyə Osmanlının 19-cu yüzilliyin sonlarındakı kimi güçsüz, yazıq bir dövlət deyildir.

Mənim fikrimə qalsa, nə ABŞ nə Rusiya, nə də Avropa Türkiyəyə silah satmamalıdır. Türkiyənin canı çıxsın, özünü, vətənini, dövlətini qoruyacaq silahını özü buraxsın. Haçana kimi üstümüzə gələn itlərdən özümüzü qorumaq üçün özgəsindən dəyənək tələb edəcəyik?!


Ankara, altaylı[email protected]

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-23
2020-09-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Siyasi tok -şou, aparıcı Elman Nəsirova:

- Elman müəllim, Suveyş və Panama kanalları barədə nə deyə bilərsiniz?

Elman müəllim:

- Vallah bizim televizor o kanalları tutmur.

ARXİV

TƏQVİM

FACEBOOK