SON DƏQİQƏ:

TƏHSİL MƏRKƏZİ ARTIQ EVİNİZDƏ!

  20300   |  
Şriftin ölçüsü  

Bütün dünyada həyəcana səbəb olan koronavirusla bağlı hazırda Azərbaycanda da pandemik şərait müşahidə olunur. Koronavirus infeksiyası ilə bağlı vəziyyət dövlət başçısının ciddi nəzarəti altındadır. Dövlət səviyyəsində koronavirusun Azərbaycanda yayılmaması, əhalinin sağlamlığının mühafizəsi ilə bağlı bütün lazımi addımlar atılır, ən yüksək səviyyədə qabaqlayıcı tədbirlər görülür. Bu gün əsas məsələ panikaya qapılmamaq, boş və heç bir əsası olmayan dezinformasiyalara inanmamaqdır. Hökumət virusun yaratdığı fəsadları minimuma endirmək üçün vətəndaşlara EVDƏQAL çağırışı etsə də, onların gündəlik həyatdan geri qalmamaları üçün bütün mümkün şəraitin yaradılmasında əlindən gələni edir.

Təhsil sistemində gecikmələrin yaranmaması, tələbələrin dərslərdən geri qalmaması üçün onlayn dərs sisteminin tətbiqi də görülən başlıca tədbirlərdəndir. Bir çox vətəndaşlar onlayn dərslərin effektiv olmadığını düşünsələr də bu heç də belə deyil. Bu metod dünyada artıq uzun illərdir tətbiq olunan və lazımi sınaqlardan keçmiş bir öyrətmə üsuludur. Düzgün metodika seçildikdə və tələbələrdə düzgün motivasiya yaradıldıqda bu sistem çox effektiv ola bilir.

Onlayn təhsil getdikcə yüksələn bir trendə çevrilir. Artıq kurslara getmək üçün yollarda vaxt itirmək, işləriniz səbəbindən öyrənmək istədiklərinizi təxirə salmaq tarix oldu deyə bilərik.

Son illərdə xarici dilə olan tələbatın artması, xaricdə təhsil almağın aktuallaşması xarici dil kurslarının sayının atmağına səbəb oldu. Bəs kurs seçərkən hansının daha peşəkar və daha səmərəli metodlardan istifadə etdiyini necə bilə bilərik?

Son vaxtlar xarici dilin tədrisi metodikasında çox böyük yeniliklər əldə edilmiş və şagirdlərin xarici dilə davamlı yüksək marağı təlim prosesinə də təsir etmişdir. Avropa standartlarına inteqrasiya edərək ingilis dilinin tədrisi zəngin və maraqlı resursların istifadəsinə yer vermişdir. Bu gün ingilis dilinin tədrisində fənn kurkulumlarına istinad edərək məzmun standartlarının, strategiyaların tətbiqi, yeni metodlardan istifadəsi onun mənimsənilməsində ən uğurlu vasitədir.

Xarici dillərin tədrisi digər humanitar fənlərin tədrisindən özünün spesifikliyi ilə seçilir. Ənənəvi yanaşmaya görə, bu cür spesifiklik ilk növbədə xarici dil dərslərinin yeni məzmun verməkdən daha çox mövcud fikirləri yeni işarələr sisteminə çevirməyə xidmət etməsindən irəli gəlir. Xarici dillərin tədrisinin digər spesifikliyi isə dərslərin əvvəlki bilgilərə söykənməsi, dərslərarası zəncirvari əlaqədir ki, bu da onları dəqiq fənlərə yaxınlaşdırır.

Xarici dilin tədrisi zamanı şagirdlərdə dilin komponentlərinin və dil bacarıqlarının inkişaf etdirilməsi diqqət mərkəzində durur və qiymətləndirmə də müvafiq olaraq bu meyarlarla həyata keçirilir. İngilis dilinin tədrisində ilk növbədə yeni sözlərin kontekstdə öyrənilməsinə və oxu bacarıqlarının inkişaf etdirilməsinə önəm verilməlidir. Dil sözlərdən ibarətdir, tələffüz və qrammatik qaydalar sözlərdə maddiləşir, sözləri bilmədən danışmaq və eşitdiyini anlamaq qeyri-mümkündür. Oxuya gəldikdə isə, onun bir faydasını vurğulamaq istəyirəm: "Oxumağı öyrənirik ki, öyrənmək üçün oxuyaq”.

Xarici dil dərslərinə innovativ metodların tətbiqinə dərsin motivasiya hissəsindən (birinci növbədə ilk 5-10-cu dəqiqələri) başlamaq lazımdır. Xarici dili öyrənməyə yeni başlayan şagirdlər bir çox çətinliklərlə qarşılaşır və təbii olaraq çoxsaylı səhvlərə yol verirlər. Bu zaman onlarda motivasiya kifayət qədər olmalıdır ki, şagirdlər özlərində iradə gücü tapıb "gülünc” görünməyi gözə alaraq xarici dili öyrənməyə və danışmağa davam etsinlər. Dərs ilinin ilk həftələrində bu cür motivasiya yaratmaq üçün tanışlıq oyunlarından ("icebreakers”, "classbuilding” activities), "başla” ("bellwork/do now”) tipli strategiyalardan və s. istifadə etmək sinifdə pozitiv mühit yaradır və təlim nəticələrini yaxşılaşdırır. Bundan əlavə, şagirdlərin marağını qoruyub saxlamaq üçün dərs boyunca onların hər kiçik nailiyyətini tərifləmək və bu zaman fəaliyyət prosesini önə çəkmək lazımdır. Uşağı bacarığına, yaxud da əqli qabiliyyətinə görə tərifləyəndə o, daha çətin məsələ ilə qarşılaşanda bunu daha az çalışması, səy göstərməsi ilə deyil zəka gücünün azlığı və bacarığının olmaması ilə əlaqələndirir və nəticədə həvəsdən düşərək dərsə bütün marağını itirir və çalışmır. Todd Viteker tərifin effektiv olması üçün onun 5 şərtini göstərir; tərif obyektiv, konkret, dərhal, təmiz və gizli olmalıdır.

Yuxarıda sadalanan metodların ən uğurlu tətbiqini hətta ondan da artığını "E-Learning Online Education” şirkətində tapa bilərsiniz. Beynəlxalq dərəcə sertifikatlı müəllimləri tərəfindən yaratmış olduqları xüsusi metodika ilə artıq dil öyrənməyə aylar illər sərf etmədən 6-8 həftə ərzində xarici dildə rahat ünsiyyət qurma bacarığını öyrənmək mümkündür. Burada Siz istər tək danışıq dərslərinə qoşulub söz ehtiyyatınızı artıra, fikirlərinizi daha akademik şəkildə ifadə etməyin yollarını öyrən bilər və ya ümumi dərs qruplarında iştirak edib həm qramatika, həm danışıq, həm oxu, həm də yazı qaydalarının ən sadə metodikasını öyrənə bilərsiniz.

Bu kursda Siz tək özünüz üçün yox həm də 6 yaşından yuxarı uşaqlarınız üçün də çox gözəl fürsətlər əldə edə bilərsiniz. Onlar üçün yaradılmış olan xüsusi program sayəsində artıq əylənərək xarici dildə rahat öyrənə biləcəklər. Ən əsası isə odur ki, bu fürsətlər Siz əziyyət çəkmədən olduğunuz yeri tərk etmədən ayağınıza gətirilir.

Frank Smith deyirdi "Bir dil sizə yaşam üçün dəhliz olar, iki dil yol boyunca bütün qapıları açar”. Yeni dünyanın formalaşdığı bir dövrdə qarşınıza çıxacaq qapıları aça bilmək üçün müasir həyatın tələbləri ilə ayaqlaşmaq məcburidir. Pandemiyanın yaratmış olduğu çətinliklərdən demotivasiya olmadan qarşınıza çıxan bu fürsətlərdən maximum yararlanın!!!


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-19
2021-06-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 27,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Zahid Oruc Brüsseldə oteldə istirahət edir.

Qəflətən yaylım atəşi açılır, ardınca ikinci, üçüncü...

Zahid müəllim həyəcanla vestübülə düşür və otelin işçilərindən nə baş verdiyini soruşur. Otelin administratoru:

- Ser, ABŞ prezidenti Co Bayden Brüsselə gəlib, ona görə atırlar.

Zahid müəllim təəcüblə:

- Nədi, birinci dəfədən vura bilmədilər?

ARXİV

TƏQVİM

FACEBOOK