Gəlinə qızıl yox, 100 cücə bağışladı - VİDEO
Türkiyənin Kahramanmaraş şəhərində keçirilən toy mərasimi maraqlı hədiyyə ilə yadda qalıb.
Adalet.az xəbər verir ki, kabab ustası Mustafa Çabuk keçmiş şagirdi Doğan Gündeşə qızıl əvəzinə 100 cücə hədiyyə edib.
Onikişubat rayonunda kababxana sahibi Doğan Gündeş və gözəllik mütəxəssisi Rabia Parlak Gündeşin toyunda təqdim olunan bu qeyri-adi hədiyyə qonaqların böyük marağına səbəb olub.
Toy mərasimində çıxış edən Mustafa Çabuk gənc cütlüyə cücələri böyütməyi və gələcəkdə onları sərmayəyə çevirməyi tövsiyə edib. O, bu hədiyyənin yeni ailə üçün bir növ başlanğıc kapitalı olacağını bildirib.
Mərasimdə diqqət çəkən yeganə məqam isə bu olmayıb. Bəyin dostları da hazırladıqları şou proqramı çərçivəsində toy zalına kranın köməyi ilə daxil olaraq qonaqları təəccübləndiriblər.
Digər Xəbərlər
07 Avqust 2026 09:20
Ailədə neçənci uşaq olmağımız sağlamlığımıza təsir edirmiş
05 Avqust 2026 17:01
Şəmsi Səmədzadə danışdı: O daha mənim həyat yoldaşım deyil - VİDEO
05 Avqust 2026 10:55
Nəhəng asteroid Yerə yaxınlaşır - Alimlər nə deyir?
04 Avqust 2026 17:10


Bakı -°C

