SON DƏQİQƏ:

Azərbaycan və Türkmənistan arasında fiber-optik xəttin çəkilməsi müzakirə olunub

  10523   |  
Şriftin ölçüsü  

Azərbaycanın "AzerTelecom” MMC rabitə operatoru ilə Türkmənistanın "Turkmentelecom” Dövlət Rabitə Şirkəti arasında videokonfrans formatında görüş keçirilib.

Trend-in məlumatına görə, görüşün əsas mövzusu Azərbaycan-Türkmənistan istiqamətində Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xətlərinin birgə tikintisi və istifadəsi üzrə layihənin icrası olub.

Qeyd edilib ki, Böyük İpək Yolunun keçdiyi ərazini əhatə edən bu layihə Türkmənbaşı və Siyəzən şəhərlərini birləşdirəcək, eləcə də Asiya ilə Avropa arasındakı telekommunikasiya körpülərinin yaxşılaşdırılması sahəsində əməkdaşlığı gücləndirəcək.

Türkmənistan tərəfi layihənin reallaşdırılması ilə bağlı təkliflərini hazırlayıb və bu təkliflər iqtisadi, texniki və digər aspektlərin razılaşdırılması üçün təqdim olunub.

İclas zamanı xüsusi diqqət telekommunikasiya sahəsinə investisiyaların cəlb edilməsinə, eləcə də fiber-optik rabitə xətlərinin birgə tikintisi, istismarı, xidmət göstərilməsi və müdafiəsi şərtlərinin müzakirə olunmasına yönəldilib.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-30

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni  Aşotla  gürcü Vano almanlardan  qaçıb gizlənirlər.  Hərəsi  bir quyuya girir.  Almanlar  Aşotu  tapırlar,  əsir  götürüb  aparırlar.  Aşot  Vanonun  gizləndiyi   quyunun  yanından keçəndə  deyir:

- Vano, çıx, bizi tapdılar.

ARXİV

TƏQVİM

FACEBOOK