SON DƏQİQƏ:

Kosmosda dəstəmaz və Azərbaycan ədəbiyyatı - Emin Piri yazır

  72900   |  
Şriftin ölçüsü  

Keçən kərə bir türk verilişində baş verənlər diqqətimi çəkdi. Müasir informasiya dövründə, elmin, texnologiyanın özünün yüksək inkişaf erasını yaşadığı zamanda tamaşaçı ilə din alimi belə bir məsələni həll etməyə çalışırdılar:

" Kosmosda kosmonavtlar dəstəmazı necə almalıdır?”

Bu duruma izah verməkdə acizəm.

Sonra düşünəndə gördüm ki, yox, heç də onlardan uzaq deyilik. Elə bizim ədəbiyyat kimi. Nobel həsrətiylə gözünə yuxu getməyən bizim yazarların ən ümdə məsələsi həmin din alimindən, bəyənmədikləri, geri qalmış adı verdiyi o sadə dindarla eynilik təşkil edir: "Yazıçı sırğa, üzük taxmalıdırmı?” , " Şair qızla necə görüşməlidir”, "Yazıçı neçə bakal içə bilər” .

Belə mövzular hər gün, saysız hesabsızdır və ciddi mətnləri az qala yüzqat üstələyir.

İnanın ki, mahiyyət eynidir. Ya hər şey tükənib, ya olan poetensialımız bu düşüncələr qədər bəsitdir, ya da ki bundan imtina edənlər durub bir açıqlama vermələdir ki, filan sifariş, filan qadağa buna məcbur edib.

Bu ya mətnsizlikdən irəli gəlir, ya da məqsəd Azərbaycan ədəbiyyatını öldürməkdir.

Və bundan sonra yazıq oxucu hələ də ciddi, beynəlxalq ədəbi mükafat gözləsin... Hələ çox gözləyər.

Sırf hansısa mətbu orqana toxunmaq fikrindən uzağam, sadəcə ani olaraq qarşıma çıxanlardan danışmaq istədim. Durumun nə qədər acınacaqlı olduğunun fərqindəyəm.

Malik olduğu inzibati resursa, vəzifəyə görə, qərbin "podval” (lap olsun normal) nəşriyyatlarında məhdud tirajla kitabı dərc olunan yazıçının "məni dünya tanıyır”, "dünya ədəbiyyatına Azərbaycanı çıxartmışam” tipli açıqlamalarına sürəkli alqışlarla tost deyin, həftənin ədəbiyyat əlavələrində ürəyinizi auksiona çıxarın, sonra da niyə dünya sizi oxumur deyə günahı özgəsində axtarın.

Fikir vermisinizsə xaricdə keçirilən kitab təqdimatlarımız belə hansısa universitetdə məhdud tələbə sayıyla və onlara könüllü payladılmış kitablarımızla keçirilir. Heç nə, bir az xaricdə gəzmək, otel xərcləri, əcnəbi ədəbiyyatşünasları dolandırmaq, hansısa qurumun adıyla pul silmək və gəldikdə az qala qəhraman kimi qarşılanma ssenarilərini cızmaq. Və siz bu tip insanlardan ciddi ədəbiyyat mükafatı, hətta Nobel gözləyirsiniz. Yaxşı, əsəbləşməyin, gülmürəm, vallah....

Bu qədər xərc əvəzinə heç olmasa pulla mükafat alsaydılar, yenə adama bu qədər təsir etməzdi.

Sənin adi sayt, qəzət, jurnal və yaxud müdirinin bir hekayəsi dərc olunsun. Sonra da həftəyə biri olmaqla işçin o hekayənin bir abzası haqqında elmi araşdırma, köşələr yazsın. Oxucular bundan sonra sizi niyə ciddiyə almalıdır, və yaxud sən oxucudan niyə şikayətlənirsənki?Axı, hamı kor deyil. Başa düşmürsünüz ki, bunu edən işçilərinizi sizin yazınız deyil, o yazıyla evə aparacağı bala sevgisi düşündürür?

Mən hələ çap olunmamış əsərlər haqqında qabaqcadan yazılan resenziyalar, az qala roman boyda həsr olunmuş yazılardan danışmıram.

Sən yazıçı, şairə alkaş obrazı yapışdır, işin-gücün araq rumkalarıyla poz vermək olsun, sonra niyə səni qeyri-sağlam düşüncəli saymaqlarından, sənina adın gələn kimi mətndən çox yadlarına yeyib-içmək düşməyindən narahat olursan?!

Sən bir araq qonaqlığına əqidəni, dostlarını, sata bildiyin hər şeyi sat, bayağı bir əsər sağlığına ciyərlərini müftə içkiylə doldur, sonra əksəriyyət səni niyə ciddiyə almır deyə qəmli statuslar yaz...

Sən filan yazıçı "yaxşıdır” sözündə "yaxşını” belə onun ciblərinə dikilmiş gözlərinlə ölç. Bundan sonra sənə niyə tamada obrazıyla yanaşmamalarını istəyirsən?

Ədəbiyyat saytları yox kimidir və yaxud bağlanır. Istənilən halda acınacaqlıdır. Sözüm bunda deyil. Bəlkə də günahı bu sahəyə pul ayıranlardadır. Amma ədəbiyyat adamları dediklərimiz belə ucuza satılanda, bir-birini satanda təbii ki,o boyda xərclər ayırıb heyət saxlamağı artıq biləcəklər. Axşam bazarı varkən, o boyda xərc niyə lazım olsun ki...

Dostbazlıq, saytbazlıq, işbazlıq və sonda sən də digər "bazlıq”lara göz yummağa məhkumsan.

Bir neçə QHT və "çörəkpulu”təşkilatlarında A4 ölçüsündə diplomlar almağı uğur bilirsənsə, sözüm sənə deyil.

Yazar dostum sən niyə axı hərşeyşünas olmağa çalışırsan? Hardasa həkim, seçkilərdə seçki mütəxəssisi, debatlarda siyasətçi... Hər şeyşünas olmaq istərkən heçnələrə sahib oluruq.

Kreslo ümidiylə susduğun, yaşadığın illər, arzular, ümidlər bilirsənmi səndən necə mətnləri oğurladı?

Hansısa mükafat ümidiylə səndən itlərə məxsus sədaqətlik istənilsin. Sən buna döz sonra da gileylən ki, niyə cəmiyyət sənə o yazıq heyvanın hörmətini qoyur, amma insan hörməti yox? Axı, sən də insan olmalısan, qarşına atılan yala görə, şərə xidmət etməli deyilsən.

Bəzi mükafatlar, ölü ştat maaşları qohumbazlığa, dostbazlığa əsaslansın, amma gənc yazarın iş istəməsinə, halal zəhmətlə dolanmasına pis baxılırsa və buna göz yumursansa inan, əziz dostum sən də onun kimi Azərbaycan ədəbiyyatının qatilisən!


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-11-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 24, 21, 19, 17, 14, 12, 11, 07 05, 03,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Təyyarə qəzaya  uğrayır, səbəb də Paşinyan olur. Deməli, Erkin Qədirli, Paşinyan  və Saakaşvili sağ qalıb bir kimsəsiz adaya düşürlər.  Ac-susuz, Erkin hər  aclığı tutanda Paşinyanı  salır  təpiyinin  altına, Saakaşvili birtəhər tutub Paşinyanı  Erkinin  əlindən alır. Day döyülməkdən  Paşinyanın  üz-gözü qalmayıb, qaçıb  gizlənməyə yer də yoxdu. Deyirlər  balıq tutaq  heç olmasa. Dənizin  kənarında oturub balıq tuturlar.

Əllərinə bir qızıl balıq  düşür. Qızıl balıq yalvarır ki, məni buraxın, hərənizin bir  arzusunu  yerinə yetirim.

Saakaşvili deyir:

- Məni at Tiflisə. Çoxdandı ev  çaxırı içmirəm, çexoxbili yemirəm.

Balıq Saakaşvilini atır Tiflisə.

Paşinyan deyir:

 Balıq qardaş, məni də at Tiflisə, Saakaşvilinin  yanına, yoxsa bu türk  məni  minəcək.

Balıq onu da atır  Tiflisə.

Erkin Qədirli deyir:

- Sən  belə elə də, bir qəşəng süfrə aç – xaş, sirkə-sarımsaq , üstünə nar  sıxılmış soğan, bir də tut arağı, o oğraş Paşinyanı da qaytar geri.

ARXİV

TƏQVİM

FACEBOOK