adalet.az header logo
  • Bakı -°C
14 May 2026 10:46
68
ƏDƏBİYYAT
A- A+

“İstənilən abırlı kişi bilsə ki, arvadı, hətta anası onu puluna görə sevir”

“Tez-tez media adı altında gizlənmiş dedi-qodu saytlarında müğənnilik adı altında gizlənmiş kabinet xanımlarının sosioloji ehkamlar kəsdiyinin şahidi oluruq: "Kişi pul qazanmalıdır", "Pul qazanmayan kişi evlənməməlidir", "Məni sevən kişinin yeddi maşını olmalıdır" və s.Əlbəttə, sözün dəyəri onu deyənin şəxsiyyəti ilə ölçülür. Və əlbəttə tənbəl kişini həyat özü cəzalandırır. Bizim "müdrikliyimizə" ehtiyac yoxdur.Burada ört-basdır edilən puluna görə sevilən kişinin mövqeyidir”. 

Adalet.az xəbər verir ki, bunu yazıçı Aqşin Yenisey  deyib. 

O, bildirib ki, istənilən abırlı kişi bilsə ki, arvadı, hətta anası onu puluna görə sevir, özünü alçaldılmış və dəyərsiz biri kimi görməyə başlayır:

“Bunu onun öz dilindən eşitmək üçün litr yarım içki kifayətdir. Özünü günlük münasibətlərə təqdim edən qadının sevgisinə isə heç bir kişinin ehtiyacı yoxdur. Əksinə, kişilər pulla əldə etdikləri qadınlarla barbarcasına rəftar edirlər ki, sevgi hissi yaranmasın. Cinsəllik kişinin zəif, qadının güclü tərəfidir. Ümumiyyətlə, kişini pulla mənalandırmaq fahişə taktikasıdır. Pulla mənalandırılmış kişinin şəxsiyyəti heç bir dəyər daşımır. Bu, təkcə kişi-qadın münasibətlərinə aid deyil. Məsələn, kişilərin toya getməyib pul göndərmələri də bunun yayğın örnəyidir. Pul göndərən kişi bilir ki, o toyda onun şəxsiyyətinin heç bir dəyəri olmayacaq, ona, sadəcə, masada oturmuş əskinaz kimi baxacaqlar. Özünü pulla mənalandıran cəmiyyət gərək həkimindən, müəllimindən, məmurundan, nə bilim, tiktokerindən filandan əxlaqi-mənəvi öhdəlik tələb etməsin. Halbuki ən çox özünü pulla mənalandıran vətəndaşlarımız canlı açıb (birmənalı olaraq avtomobildən) müəllimləri, həkimləri, məmurları və s. mənəvi məsələlərdə ittiham edirlər. Özün pulla mənalandıran cəmiyyətdə birinci daşı ən çox günahı olanlar atır”.

Vasif ƏLİHÜSEYN