adalet.az header logo
  • Bakı -°C
14 May 2026 18:15
74
ƏDƏBİYYAT
A- A+

“Rəmiş” yeni yaşama vəsiqə aldı - FOTOLAR

Dünən  Libraff  Park Akademiyada  möhtəşəm bir ədəbiyyat tədbiri keçirildi. Tədbirin səbəbkarı Azərbaycan ədəbi ictimaiyyətinin hər zaman diqqət mərkəzində olan unudulmaz gitara ifaçısı Rəmiş və sevilən yazıçı Aqil Abbas idi.
Fikrimizi bir az da genişləndirsək, onu da deyə bilərik ki,  əslində bu görüşdə  yazıçı- publisit  Aqil Abbas hamımızın tanıyıb- sevdiyi Rəmişi bizə yenidən təqdim etdi. Bu təqdimat isə  onun “Rəmiş”i  vasitəsiylə gerçəkləşdi. 

Tədbiri Qanun nəşriyyatınının təşkilatı rəgbəri Xatirə Əfşar açıq elan edərək tədbir iştirakçılarını salamlayaraq, əsərin nəşr prosessindən danışıb.

Sonra  müəllif Aqil Abbas  povetin bütövlükdə Rəmişin həyat və yaradıcılığından bəhs etdiyini qeyd edib. Rəmişlə xatirələrini dilə gətirib. Rəmiş kimi bir istedadı gələcək nəsillərin tanıması üçün “Rəmiş” povestinin çapının vacib olduğunu qeyd edib.

Mədəniyyət Naziliyinin kitab sənayesi şöbəsinin müdiri Vasif Qurbanzadə daha çox  Aqil Abbasın oxucusu kimi tədbirə qarıldığını qeyd edib. Müəllifin əsərlərinə münasibət bildirib. Təxminən 15il sonra Aqil Abbası əli əsalı Ağdam “bulvar”ında görməyi arzulayıb.

Ulduz jurnalın baş redaktoru Qulu Ağsəs də povestin jurnalda çapından danışıb. Və əsərin ilk dəfə “Ulduz”jurnalında  çap olunduğunu qeyd edib.

Dünya şöhrətli alim Rafiq Əliyev Rəmişlə eyni vaxtda tar sinfində oxuduğu zamanları xatırlayıb. Əsərin xatirələrlə dolu olduğunu qeyd edib. Povest ümumilikdə Rəmişin xarakterindən ibarət olduğunu vurğulayıb. 

Millət vəkili İlham Məmmədov müəllifə povest üçün təşəkkürünü bildirib. Belə bir əsəri yalnız Aqil Abbas yaza biləcəyini qeyd edib. Ağdamın və ağdamlıların özünəməxsus koloriti olduğuni vurğulayıb. O, Rəmişi bir zamanlar özünə qəhrəman seçdiyini söyləyib.

Millət vəkili Fazil Mustafa əsərin üslubundan söz açıb. Əsərdə əsas məqsədi Ağdamın xarakterini cəmiyyətə göstərmək və yaşatmaq olduğu vurğulayıb. 

Yazıçı Seyran Səxavət Rəmişin istedadından, onunla xatirələrindən danışıb. O, Aqil Abbasın özünün xüsusi bir janr olduğu söyləyib. Rəmişlə görüşlərinin hər birini böyük bir hadisə adlandırıb. 

Filologiya elmlər doktoru Cahangir Məmmədli  çıxışında Aqil Abbası xalq adamı adlandırıb. Onun Ağdama bağlılığını dilə gətirib. 

Rejissor Rza Rzayev Aqil Abbasla “Dolu” filminin çəkilişlərində zarafatlarınl xatırlayıb. Müəlliflə xatirələrini bölüşüb. Müəllifin yaradıcılığının unikal olduğunu vurğulayıb.

Millət vəkili Elşən Musayev Aqil Abbasın yoldaşlığından, yaradıcılığının zənginliyindən danışıb.

Tədbirdə Seyfəddin Altay, Əsəd Cahangir, Qəşəm Nəcəfzadə, Şərif Ağayar, Rauf Qərib v.s kimi ədəbiyyat və mədəniyyət nümayəndələri iştirak edib.

Tədbir müəllifin  yenidən çıxışı ilə başa çatıb. 

Sonda tədbir iştirakçılarına müəllifin kitabları təqdim olunub.

Əntiqə Kərimzadə