Azərbaycanda pensiyalarla bağlı yenilik
Qulluq stajına görə əmək pensiyasına əlavələrin hesablanması təkmilləşdiriləcək.
Adalet.az trend-ə istinadən xəbər verir ki, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2026-2028-ci illər üçün Baş Kollektiv Sazişdə öz əksini tapıb.
Bildirilib ki, tərəflər vətəndaşların sosial müdafiəsi üzrə hüquqlarının təmin edilməsi üçün qulluq stajına görə əmək pensiyasına əlavələrin hesablanmasının təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq istiqamətində müvafiq işlər aparılmasını zəruri hesab edirlər.
Tərəflər həmçinin sığorta-pensiya sisteminin maliyyə dayanıqlılığının uzunmüddətli proqnozlar əsasında təmin edilməsi, davamlı və dinamik inkişafına nail olunması məqsədilə zəruri islahatları və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işləri davam etdirməklə də bağlı razılığa gəliblər.
Bununla yanaşı, vətəndaşlara pensiya təminatı ilə bağlı göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və şəffaflığın artırılması məqsədilə innovativ həllərin tətbiqi dairəsini genişləndirilməsi hədəflər arasındadır.
Digər Xəbərlər
16 Iyun 2026 10:29
Dünya bazarında qızıl və gümüş ucuzlaşıb
16 Iyun 2026 10:02
“Azeri Light”ın qiyməti 86 dollara düşdü
15 Iyun 2026 15:15
Azərbaycan vasitəsilə Ermənistana buğda göndərildi - YENİLƏNİB
15 Iyun 2026 10:02
"Brent"in qiyməti martdan bəri ilk dəfə 84 dollardan aşağı düşdü
12 Iyun 2026 13:26
"İqtisadi siyasətdə yüksək artım tempi hər zaman inkişaf göstəricisi sayılmır" - Deputat
12 Iyun 2026 12:57
“Azərsun Holdinq” BBQ Fest-in baş sponsorudur
12 Iyun 2026 12:53
"Burada həqiqət var, amma yarımçıq həqiqətdir" - Deputat
12 Iyun 2026 12:49


Bakı -°C

