adalet.az header logo
  • Bakı -°C
16 May 2026 23:22
71
MƏMLƏKƏT
A- A+

"28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında yeni keçid nə vaxt açılacaq? - VİDEO

Sərnişinlər metronun "28 May" stansiyasının giriş qapısında gözləmədən birbaşa platformaya daha qısa müddətdə daxil ola biləcəklər.

Adalet.az Xəzər TV-yə istinadən xəbər verir ki, "28 May" və "Cəfər Cabbarlı" stansiyaları arasında inşa olunan yeni keçid eyni zamanda platformada əlavə sıxlığın yaranmasının qarşısı alınacaq.

Bəs hazırda işlər hansı mərhələdədir? Məsələ ilə bağlı danışan “Bakı Metropoliteni” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, xətlərin ayrılması layihəsi çərçivəsində "28 May" və "Cəfər Cabbarlı" stansiyaları arasında daha bir pilləkənin inşası işləri sürətlə davam edir. Təxminən 1 ay müddətində xətlərin ayrılması işlərinə başlanılacaq.

Bildirilib ki, layihə üzrə xətlərin ayrılması başa çatdıqdan sonra isə qatarların "Dərnəgül" stansiyasından "Xətai" stansiyasına qədər hərəkəti təmin ediləcək. Sərnişinlər bir xətdən digər xəttə keçmək üçün "Cəfər Cabbarlı" stansiyasından istifadə etməli olacaqlar. "Həzi Aslanov" - "İçərişəhər" xətti üzrə qatarların hərəkəti əvvəllər olduğu kimi təşkil olunacaq:

Eyni zamanda piyada pilləkənlərinin qurulmasına da başlanılıb. Son mərhələdə isə divar və döşəmə üzlüklərinin vurulması təmin olunacaq. Bu işlərin iyul ayının sonuna qədər başa çatdırılaraq istifadəyə verilməsi nəzərdə tutulub.