SON DƏQİQƏ:

Mübariz Qurbanlı: Koronavirusla mübarizədə hər bir vətəndaşın üzərinə mühüm məsuliyyət düşür

  7148   |  
Şriftin ölçüsü  

Koronavirusa qarşı Azərbaycanda məqsədyönlü mübarizə aparılır, bununla bağlı Prezident İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb.

Bunu Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, qərargahın təlimatına uyğun olaraq kütləvi tədbirlər dayandırılıb:

"Ona görə də Azərbaycanda dinə aid olan məbədlərdə, ziyarətgahlarda, məscidlərdə, kilsələrdə, sinaqoqlarda kütləvi toplaşma ilə bağlı məsələlərə baxılıb və dini ayinlər dayandırılıb. Bununla da insanların kütləvi şəkildə dini ayinlərə toplanması aradan qaldırılıb. Bu qayda Operativ Qərargahın kütləvi tədbirlərin keçirilməsi ilə bağlı növbəti müvafiq qərarına qədər davam edəcək”.

Komitə sədri vurğulayıb ki, koronavirusla bağlı mübarizədə hər bir vətəndaşın üzərinə mühüm məsuliyyət düşür:

"Hesab edirəm ki, burada vətəndaş məsuliyyəti çox mühüm rol oynayır. Çünki bu virusa qarşı mübarizə ümummilli, dövlət təhlükəsizliyi ilə bağlı olan məsələdir. Burada hər bir Azərbaycan vətəndaşı bu məsuliyyəti üzərində hiss etməlidir, Operativ Qərargahın verdiyi qərar və tövsiyələrə tam şəkildə əməl etməlidir və bizim vətəndaşlarımız burada milli birlik, milli həmrəylik və dövlətçilik məsələlərində tam birlik nümayiş etdirməlidir.

Bu gün möhtərəm Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə xalqa təbriki zamanı söylədiyi fikirlər, Prezidentin apardığı siyasət xalq tərəfindən yüsək dərəcədə dəstəklənir. Ona görə də koronavirusa qarşı aparılan mübarizədə birgə olmalıyıq, tələbləri və tövsiyələri yerinə yetirməliyik. Bununla bağlı dövlət çox ciddi addımlar atıb, vəsait ayrılıb. Elə bu gün cənab Prezidentin sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı və mübarizəyə əlavə 20 milyon manat vəsait ayrıldı. Görülən bu tədbirlər koronavirusun ölkəmizdə yayılmasının qarşısının alınmasında mühüm rol oynayır”.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Siyasi tok -şou, aparıcı Elman Nəsirova:

- Elman müəllim, Suveyş və Panama kanalları barədə nə deyə bilərsiniz?

Elman müəllim:

- Vallah bizim televizor o kanalları tutmur.

ARXİV

TƏQVİM

FACEBOOK