Əbülfət Mədətoğlu: BEZİBDİ
Öz -özümlə danışmaqdan yoruldum -
Hiss etdim ki, təkliyimdə bezibdi.
Öz-özümə mən o qədər vuruldim-
Hiss etdim ki, çəkdiyim də bezibdi!
Allah mənə yuxarıdan baxır da
Ürəyimdə ümid sönür, çaxır da!
Durna dedim, Turac dedim, axırda -
Hiss etdim ki, Kəkliyim də bezibdi!
Mən dişimi ha sıxsam da dişimə
Bu tərpəniş yaramadı işimə!
Şübhəm artır ömrümün finişinə -
Hiss edirəm şəkliyimdə bezibdi!


Bakı -°C

