adalet.az header logo
  • Bakı -°C
08 Oktyabr 2026 17:31
84
DÜNYA
A- A+

Türkiyə heç yerə qoşun göndərməyəcək - Hakan Fidan

Məkkə Müdafiə Alyansı müdafiə müqaviləsidir. Bu müqavilənin tərəfi olan bir ölkəyə hücum edilərsə, siz onun yanında olursunuz.

Adalet.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan qeyd edib.

“Bu, hücum müqaviləsi deyil. Başqa sözlə, Türkiyə hücum etmək üçün başqa bir ölkənin ərazisinə qoşun göndərməyəcək”, - Fidan bildirib.