Bu il Azərbaycandan Türkmənistana məhsul ixracının dəyəri 23 faiz artıb
2026-cı ilin yanvar-avqust aylarında Azərbaycandan Türkmənistana 52 milyon 99,93 min dollar dəyərində mal ixrac olunub. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 23 faiz və ya 9 milyon 755,7 min dollar artım deməkdir.
Adalet.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatda deyilir.
Hesabat dövrü ərzində Azərbaycan Türkmənistandan 47 milyon 589,75 min dollar dəyərində mal idxal edib ki, bu da illik müqayisədə 60,7 faiz və ya 73 milyon 597,09 min dollar azdır. Hesabata əsasən, bu göstəricilər Azərbaycanın ümumi ixracının 0,24 faizini, ümumi idxalının isə 0,42 faizini təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycandan ümumilikdə 21 milyard 815 milyon 37,04 min dollar dəyərində mal ixrac olunub. İdxalın ümumi dəyəri isə 11 milyard 423 milyon 350,68 min dollar təşkil edib.


Bakı -°C

