SON DƏQİQƏ:

83 SAYLI AĞCABƏDİ-FÜZULİ SEÇKİ DAİRƏSİNDƏN AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNƏ SEÇKİLƏR ÜZRƏ DEPUTATLIĞA NAMİZƏD

  28097   |  
Şriftin ölçüsü  

Abbasov Aqil Məhəmməd oğlu 1953-cü ildə Ağcabədi rayonunun Bayat elinin Hacılar kəndində doğulub. 1960-cı ildə Hacılar kəndində orta məktəbə gedib, sonra təhsilini Ağdam şəhərindəki 2 saylı orta məktəbdə davam etdirib və 1970-ci ildə həmin məktəbi bitirib. 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1976-77-ci illərdə Ağsu rayonunda müəllim, 1977-ci ildən 1987-ci ilədək «Elm və həyat» jurnalında müxbir və şöbə müdiri, 1987-90-cı illərdə «Sovet kəndi» qəzetində şöbə müdiri, 1990-92-ci illərdə «Ədalət» qəzetində redaktor, 1992-ci ildə qəzet müstəqil olduqdan sonra 2005-ci ilə qədər baş redaktor vəzifəsində çalışıb.

3-cü çağırış (2005-ci il), 4-cü çağırış (2010-cu il) və 5-ci çağırış (2015-ci il) Milli Məclisə deputat seçilib. Milli Məclisin təhlükəsizlik, müdafiə məsələləri və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvüdür.

Ən çox inandığı Azərbaycan xalqının müharibədə qələbəsi və Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin Şuşaya müqəddəs üçrəngli bayrağımızı sancacağı gündür.

1993-cü ildən Milli Ordumuzun qüdrətlənməsi üçün Respublikanın Milli Ləl-Cəvahirat Fonduna özü, atası, qardaş-bacıları 100 qram qızıl, 1 brilyant üzük bağışlayaraq xalqa könüllü qızıl-zinyət əşyalarının bağışlanması ilə bağlı müraciət edib və onun müraciətinə qoşulan 5 minə yaxın adam qısa müddətdə Ləl-Cəvahirat Fonduna qızıl-zinyət əşyaları bağışlayıb.

1992-1994-cü illərdə hər bir düşmən texnikası məhv edən əsgərimizə həmin dövrün pulu ilə 1 milyon rubl mükafat təsis edib və 100-ə yaxın əsgərimizi də bu mükafatla mükafatlandırıb.

Müharibə illərində həmişə ön cəbhədə olub, əsgərlərimizə daim silah-sursat, ərzaq yardımı eləyib, mənəvi dayaq göstərib.

1991-ci ildə əsgərlərimizə könüllü qan kampaniyası başladıb və minlərlə soydaşımız Aqil Abbasın təşəbbüsü ilə cəbhədəki əsgərlərimizə könüllü qan verib.

1993-cü ildə Ağdamın və Tərtərin ən ağır günlərində Vətənin qeyrətli oğullarına müraciət edib və onun çağırışına qoşulan 200-ə yaxın igid könüllü batalyon təşkil edərək cəbhədə, xüsusilə də Tərtərdə vuruşub və onlarla şəhid verib.

1986-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. «Evləri köndələn yar», «Ən xoşbəxt adam», Pənah xanın nəvəsi, Qarabağın məşhur sərkərdəsi Məhəmməd bəy Cavanşirə həsr olunmuş «Batmanqılınc», evindən-eşiyindən didərgin düşmüş insanların faciəsini özündə əks etdirən «Çadırda Üzeyir Hacıbəyov doğula bilməz», «Saçın ucun hörməzlər», «Qiyamət gecəsi», «Qar üstündə qan çiçəyi», «Dolu», «Allahı qatil edənlər» kitablarının müəllifidir. «Çadırda Üzeyir Hacıbəyov doğula bilməz», «Batmanqılınc», «Adı bilinməyən qatil» və «Dolu» romanları Türkiyədə də çap olunub. 1988-ci ildən «Ən xoşbəxt adam» kitabına görə Respublika Komsomolu Mükafatına layiq görülüb. Həmin mükafatdan aldığı pulu və ümumiyyətlə, qəzetlərdən aldığı qonorarları Qaçqınlar Cəmiyyətinin hesabına keçirib.

2009-cu ildə «Dolu» romanı Mədəniyyət Nazirliyi tərəfindən «İlin əsəri» elan edilib və «Qızıl kəlmə» mükafatına layiq görülüb.

2012-ci ildə Möhtərəm Prezidentimizin sərəncamı ilə «Azərbaycanfilm» Kinostudiyası Aqil Abbasın ssenarisi əsasında «Dolu» filmini çəkib. Qarabağ həqiqətlərini dünyaya çatdıran bu film bir neçə dilə tərcümə olunub. Rusiyanın, Türkiyənin, Kiprin, Gürcüstanın, Ukraynanın və eləcə də bir neçə Avropa ölkələrinin şəhərlərində nümayiş etdirilib və böyük rəğbətlə qarşılanıb. Film, eyni zamanda 2012-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin «İlin filmi» mükafatına layiq görülüb.

Aqil Abbasın rəhbərliyi və sponsorluğu ilə Həmidə xanım Cavanşir, Kərim bəy Mehmandarov (hər ikisi Pənah xanın nəslindəndir) haqqında, Bayat və Avşar elləri ilə bağlı, Cəfər Cabbarlı haqqında, Məmməd Araz haqqında sənədli televiziya filmləri çəkilib.

2005-ci il iyul ayının 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə «Azərbaycan Respublikasının Əməkdar jurnalisti» adı ilə təltif edilib.

2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ədəbiyyatın inkişafında xidmətlərinə görə «Şöhrət» ordeni ilə təltif edilib.

Evlidir, iki övladı, dörd nəvəsi var.

***

HÖRMƏTLİ SEÇİCİLƏR!

AQİL ABBAS SİZLƏRDƏN BİRİDİR VƏ HƏMİŞƏ SİZLƏR ÜÇÜN, MİLLƏT ÜÇÜN, VƏTƏN ÜÇÜN, DÖVLƏT ÜÇÜN YAŞAYIR! ƏGƏR LAYİQ BİLİRSİNİZSƏ, 9 FEVRAL 2020-Cİ İLDƏ KEÇİRİLƏCƏK MİLLİ MƏCLİSƏ SEÇKİLƏRDƏ AQİL ABBASA SƏS VERİN!


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-30
2020-09-29

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni  Aşotla  gürcü Vano almanlardan  qaçıb gizlənirlər.  Hərəsi  bir quyuya girir.  Almanlar  Aşotu  tapırlar,  əsir  götürüb  aparırlar.  Aşot  Vanonun  gizləndiyi   quyunun  yanından keçəndə  deyir:

- Vano, çıx, bizi tapdılar.

ARXİV

TƏQVİM

FACEBOOK