adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
18 Yanvar 2020 09:38
121727
MÜSAHİBƏ
A- A+

“Buna “işverənlik” kimi baxırlar, amma bu inamsızlıqla bağlıdır və o inamı bərpa etmək lazımdır”

"Gedişat hələ məlum deyilsə, iş açılmaq formatındadırsa, bunu efirə çıxarmaq lazım deyildi. Buna axı bizimlə bərabər cinayətkar da baxır və o, özü üçün nəticə çıxarır”

Adalet.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında yazıçı İradə Tuncay istintaqı aparılan işlərin efirdəki verilişlərdə müzakirə olunması haqda danışarkən deyib. İ.Tuncay bunu həm televiziyaların, həm də hüquq-mühafizə orqanlarının nəzərə almalarının vacibliyini vurğulayıb:

"Əgər hadisə araşdırılırsa, bunu televiziyada müzakirə etmək olmaz. Ümumiyyətlə, bizim xalqımız virtual xalqdır. Gedişat hələ məlum deyilsə, iş açılmaq formatındadırsa, bunu efirə çıxarmaq lazım deyildi. Buna axı bizimlə bərabər cinayətkar da baxır və o, özü üçün nəticə çıxarır. Bu gün hətta qətl hadisələrini də bəsit şəkildə törədirlər. Hüquq-mühafizə orqanları belə işlərə barmaqarası baxmalı deyil, onda belə çıxır ki, bu ölkədə kim nə istəsə, edə bilər? Verilişin aparıcısı ən axırıncı adamdı, yəni hadisə efirə çıxana qədər bunu həll edən adamlar var. İnsanların bu cür hadisələri efirə gətirməsinin bir neçə səbəbləri var və onlardan birincisi insanların savadsız olmasıdır, ikincisi isə odur ki, hüquq-mühafiə orqanları elə bir durum yaradıblar ki, insanlar onlardan başqa hamıya inanır. Halbuki belə olmalı deyil, hüquq-mühafizə orqanları dövlətin simasıdır. Onlar özləri tapşırıq verməlidir ki, istintaqı aparılan işi efirə çıxarmasınlar.

Bütün dünyada televiziyadan onun üçün istifadə olunur ki, məsələn, bir cinayətkar qaçıbsa, onun şəkillərini bütün telekanallara yollayırlar və insanlar həmin cinayətkarı hansısa kafedə və ya meydanda görəndə tanıyıb dərhal polisə məlumat verirlər. Amma bizdə buna "işverənlik” kimi baxırlar, amma bu da inamsızlıqla bağlıdır və o inamı yenidən bərpa etmək lazımdır. Yəni yenə də son məqamda hadisəni araşdıran da, cinayətkarı tapan da, cəzanı verən də müvafiq orqanlardı. Bunu kənara qoyub insanlar gülünc fikirlər səsləndirərək cinayətkara ölüm cəzası tələb edirlər. Televiziyalar hüquq-mühafizə orqanları üçün yalnız köməkçi vasitə kimi istifadə oluna bilər”.