Putin kompramissə hazır deyil - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
492 | 2025-10-29 13:55

Rusiya prezidenti Vladimir Putin Ukrayna müharibəsini davam etdirməkdə israrlıdır.  NBC News nəşrinin amerikanın rəsmi nümayəndələrinə istinadən verdiyi  məlumata görə,  ABŞ-ın kəşfiyyat xidmətiinin Konqressə təqdim etdiyi hesabatda bu qərara gəldiyi bildirilir. 

 Amerikan analitikləri bu qənaətə gəliblər ki, ABŞ prezidenti Donald Trampın çağrışlarına baxmayaraq,  Rusiya hakimiyyətinin hərəkətlərində müharibəni bitirmək üçün kompramissə getmək  əlamətləri müşahidə olunmur. Bundan başqa, döyüşlərdə Rusiyanın  ciddi itkilərə məruz qalması, ölkə daxilində müharibənin nəticələri olaraq yaşanan  iqtisadi problemlər, prezident Putini nəyin bahasıba olursa olsun qələbə əldə edilənədək müharibəni davam etdirmək məcburiyyəti qarşısında qoyur.

 Rusiya prezidenti hesab edir ki, Rusiya işğal etdiyi ərazilərdə möhkəmlənə bilərsə,  beynəlxalq aləmə təsir gücünü göstərə bilər və xalqı qarşısında  iqtisadi və humanitar 
itkilərə görə bəraət qazana bilər. Lakin, Rusiya prezidentinin məqsədinə çatmaq imkanları elə də asan görünmür. 

 ABŞ prezidenti Donald Tramp ciddi- cəhdlə müharibənin sülh yolu ilə başa çatmasına çalışır. Vladimir Putində onunla danışıqlarda guya müharibənin sona çatmasının tərəfdarı olduğunu  bəyan etsə də, bunu yalnız gözdən pərdə asmaq kimi qiymətləndirmək olar.

 Hazırki gedişat onu göstərir ki, Rusiya prezidenti və onun administrasiyasının təbliğat maşını heç də sülh tərəfdaları deyillər. Döyüş meydanında şiddət günü-gündən artmaqdadlr. Rusiya artlq müharibə qaydalarına uyğun olmayan şəkildə  Ukraynanın yaşayış məntəqələrinə güclü raket zərbələri endirir. 

 ABŞ prezidenti Donald Tramp həm danışıqlar, həm də iqtisadi təyziqlər vasitəsi ilə, Rusiyanı ən azından atəşi dayandırmağa məcbur etmək istəyir. Məhz buna görə, Moskvaya qarşı daha sərt iqtisadi sanksiyaları tədbiq olunmasına qarar verib. 

 Ukrayna torpaqlarında isə, sonu görünməyən müharibə davam edir...

 

TƏQVİM / ARXİV