İlham Əliyev Sabirabadda aqrokimyəvi müəssisə ilə tanış oldu - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Sabirabad Sənaye Məhəlləsində “Humix” MMC-nin aqrokimyəvi vasitələrin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub.
Adalet.az xəbər verir ki, “Humix” MMC-yə 2021-ci ildə Sabirabad Sənaye Məhəlləsinin rezidenti statusu verilib. Müəssisədə orqanik mineral (toz), kimyəvi (maye və toz) və qranul gübrələr istehsal olunur. Türkiyə, Çin və yerli texnologiya əsasında fəaliyyət göstərən müəssisənin illik istehsal gücü 18 min ton gübrə təşkil edir. Burada istehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldilməklə yanaşı, ixrac da ediləcək. Müəssisədə 16 nəfər daimi işlə təmin olunub.
Qeyd edək ki, investisiya məbləği 1,45 milyon manat olan müəssisəyə İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 497 min manat güzəştli kredit ayrılıb, investisiya təşviqi sənədi verilib.
Digər Xəbərlər
28 Oktyabr 2025 11:25 Prezident pambıq emalı zavodunun fəaliyyəti ilə tanış olub - FOTOLAR
28 Oktyabr 2025 11:20 Bakı və Ankara nəyi müzakirə edəcək? – Politoloq AÇIQLADI
28 Oktyabr 2025 11:20 “Onların da PKK ilə bağları istisna deyil” – Politoloq
28 Oktyabr 2025 11:13 

Bakı -°C 












