SON DƏQİQƏ:

"Qarabağ" - "APOEL" oyununa artıq 22 min bilet satılıb

  14800   |  
Şriftin ölçüsü  

Bu gün Bakıda keçiriləcək UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qarabağ"- "APOEL" qarşılaşmasına 22 min bilet satılıb.

Bu barədə Adalet.az-a açıqlamasında "Qarabağ" futbol klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib.

Onun sözlərinə görə, həmin biletlərdən 80-i "APOEL" klubunun azarkeşlərinə məxsusdur. Qalan biletlərin hamısı yerli azarkeşlər tərəfindən alınıb. Hazırda oyun üçün biletlərin satışı davam edir.

Xatırladaq ki, bu gün UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edən "Qarabağ” futbol klubu Kiprin "APOEL" klubu ilə cavab görüşü keçirəcək.

Görüş Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Qeyd edək ki, ötən həftə Nikosiyada keçirilmiş ilk qarşılaşmada "Qarabağ” 2:1 hesabı ilə qalib gəlib.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni  Aşotla  gürcü Vano almanlardan  qaçıb gizlənirlər.  Hərəsi  bir quyuya girir.  Almanlar  Aşotu  tapırlar,  əsir  götürüb  aparırlar.  Aşot  Vanonun  gizləndiyi   quyunun  yanından keçəndə  deyir:

- Vano, çıx, bizi tapdılar.

ARXİV

TƏQVİM

FACEBOOK