SON DƏQİQƏ:

Əbülfət MƏDƏTOĞLU: BU BİR "İLKİN NAĞILI"

  17018   |  
Şriftin ölçüsü  

Masamın üstündəki kitabın üst qabığından mənə bir igid baxır. Və baxa-baxa da mənə elə bil ki, dünənini, bu gününü, sabahını danışır. Danışa-danışa da bir həyat hekayəsi yaradır. O hekayənin qəhrəmanı da özü olur... Ümid verən, qalib gələn qəhrəmanı...

Mən bu İgidlə Naxçıvanda tanış olduğum anı xatırlayıram. Naxçıvanın tanınmış söz adamları, dəyərli yazıçı dostum Fərəc Həmzəyev, şair dostum Əbülfəz Ülvi ilə birlikdə ziyarət eləmişdik Şəhidlər Xiyabanında onu. Sonra da ailəsinə baş çəkmişdik. Barəsində danışılanları, eşitdiklırimi yaddaşıma köçürmüşdüm. Və bir də orada öyrənmişdim ki, Qarabağ döyüşlərindən tanıdığım, keçmiş səngər dostum, indi təqaüddə olan Şülan Abışov da bu İgidlə birlikdə torpaqlarımızın müdafiəsində silaha sarılanlardan və hətta onun ilk komandirlərindən biri olubdu...

Bəli, indi masamın üstündəki kitabı vərəqləyirəm. Həmin o xatirələr bir "İlkin nağılı” kimi sətirlənib bu kitabda. Oxuyuram... düşünürəm... xatırlayıram... Demək olar ki, heç nə unudulmayıb. Yalnız bir məqamdan başqa. O məqam da bu kitabın mənim tərəfimdən oxuculara gec təqdim edilməsidi. Ona görə də özümü bir az günahkar sayıram. Amma...

Barəsində danışmaq istədiyim "Bir xatirə dəftərinə bənzəyir ömrüm” kitabı sənədli povestdi. Respublika Xatirə Kitabı Redaksiyasının "Bakı-xəbər” redaksiyasının birgə layihəsi olan "Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından növbəti kitab kimi oxucu ixtiyarına verilmiş sənədli povestin müəllifi Fəridə Rəhimlidi. "Ədalət”in oxucularının imzasını tanıdığı Fəridə Rəhimli bu kitabını bir vətən sevdalısı, torpaq ağrısı yaşayan qələm adamı kimi araya-ərsəyə gətirib. Elə ona görə də kitabın girişində Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədovanın da vurğuladığı "Vətənimizin bütövlüyü, bölünməzliyi müqəddəs torpaqlarımızın – doğma Qarabağımızın erməni işğalından” azad edilməsi uğrunda şəhid olmuş övladlarımızın keçdiyi şərəfli ömür yolunu əks etdirən bu kitablar onların xatirəsini yaşadan, ucaldan ən gözəl abidədir”.

Layihənin növbəti kitabı olan "Bir xatirə dəftərinə bənzəyir ömrüm”də məhz Fəridə Rəhimlinin şəhid qəhrəmanımız İlkin Mirnəzir oğlu Seyidovun adına bağışladığı abidədi. Özü də həzin, ibrətamiz, həm də cəsarəti ifadə edən abidə! Mən bu kitabı əvvəlindən sonuna qədər bir nağıl kimi oxudum. İndi də vurğuladığım kimi eşitdiklərimi, bildiklərimi bu kitabda təzədən yaşadım. Xatırladım ki, həmin nağıl Naxçıvanın qədim və özünəməxsus təbiəti olan bir güşəsində öncə söz-söz, sonra cümlə-cümlə dillərə düşüb. Yəni İlkinin doğum şəhadətnaməsində ünvan göstərilən yer əslində onun nağılının başlanma nöqtəsidi. O, bütün Naxçıvanı əhatə edir, bütün Azərbaycanı özündə canlandırır. Çünki Naxçıvanın Daxili İşlər Nazirliyinin nəznindəki xüsusi təyinatlılardan ibarət dəstənin ən cəsur üzvlərindən olan İlkin Seyidov öz qəhrəmanlığı ilə təkcə öz adını deyil, öz nəslini deyil, həm də bütöv bir xalqın min illikləri keçib gələn qəhrəmanlığını yenidən yaddaşlarda yaşamasına, tarix səhnəsinə qayıtmasına təkan vermişdi. Göstərmişdi ki, qəhrəmanlıq təkcə döyüşmək, gücünü, iradəni göstərmək deyil. Qəhrəmanlıq həm də AN məsələsidi. Həmin o Anda sən özünü, gücünü, sevgini, əqidəni, nifrətini, bir sözlə, varlığını ortaya qoyub addım atırsan və qalib gəlirsən. Bu qalibiyyət möcüzəyə də çevrilir, dillərə də düşür, tarixə də köçür və nəhayət, sən xalqın ürəyində, xalq da öz kimliyiylə sənin ruhunda əbədiyaşarlıq qazanır. Bax, bu mənada "İlkin nağılı” bir cavan oğlanın, hələ toy mağarı qurulmamış, sevdiyi ünvana elçi getməmiş, çəkdiyi rəsmlərlə, yazdığı məktub və şeirlərlə, yaşadığı məhəllədə, oxuduğu məktəbdə öz cücərtilərini zaman-zaman böyütmək, yaşatmaq yolu tutmuşdu. Və o yolun da sonu Şəhidlik Zirvəsinə gedirdi. Doğrudur, övlad itirmək, şəhid atası, anası, doğması olmaq özündə iki məqamı ifadə edir – bir qüruru, bir də iç dünyanın sızıltısını. Amma şükürlər olsun ki, o qürur hər şeyi üstələyir. Çünki oğul vətənin aipəridir. Və hər oğulun da bəxtinə qazi olmaq, şəhid olmaq düşmür. Bax, Seyidovlar ailəsini, özü də Naxçıvanın ən inanclı ocaqlarından biri olan Seyid Mirnəzir ağanın ailəsinin İlkin kimi övlad böyütməsi onların taleyinə şəhid ünvanını da əlavə etdi. Bu müqəddəs ocaqda bir şəhidin də adı öz xeyir-duasının tapmış oldu.

Sənədli povestin müəllifi Fəridə Rəhimli İlkinin atası, anası, qardaşı, həmçini döyüş dostları, müəllimləri, ümumiyyətlə, onu tanıyanların hər biriylə etdiyi söhbəti çox kövrək notlarla qələmə ala bilib. Oxuduqca pafosdan uzaq bir nağılın sehrinə düşürsən. Kitabı maraqlı edən cəhətlərdən biri də burada Azərbaycanın və dünyanın dəyərli söz adamının vətənlə, şəhidliklə, torpağa bağlılıqla bilgili fikirlərin yer almasıdı. Özü də həmin fikirlər birbaşa İlkin Seyidovla əlaqələndirilir. Onun qəhrəmanlığının cizgilərini daha nurlu bir işıqda oxucuya göstərir. Xüsusilə xalq şairləri Məmməd Araz, Bəxtiyar Vahabzadənin və Qabilin, böyük Şəhriyarın, eləcə də bu gün oxuculara bəlli olan digər tanınmış söz adamlarımızın misraları, fikirləri bu kitabı daha da oxunaqlı edibdi.

Sənədli povestdə mənə öz dərin təsirini göstərən bir məqam da İlkin Seyidovun əl işləri, yəni çəkdiyi rəsmlər, yazdığı məktublar oldu. Eləcə də onun doğmaları, tələbə yoldaşları, dostları ilə çəkdirdiyi fotolar, bütün bunlar povestdə ayrıca bir bölmə kimi təqdim olunubdu. Və nəhayət, bu kitabın bir qəhrəmanı da var. O da İlkinin adını daşıyan qardaşı oğlu İlkin Seyidzadədi. Həmin İlkin Seyidzadədi ki, o, əmisi dünyadan köçən gün dünyaya gəlib və indi hərbi təhsil alir...

"İlkin nağılı”nın mənim həyatımda da bir izi var. Həmin iz bu kitabın ərsəyə gəlməsi üçün Naxçıvana etdiyimiz səfər zamanı görüşdüyüm insanlardan qaynaqlanır. Həmin insanlar İlkinin anası Rəhilə xanım, dayısı İlyas müəllim, müəllimləri Tofiq Seyidov, Əmanət Musayeva, qardaşı Yalçın, gəlinləri Gülşən xanım və digərləridi. Bu gözəl, səmimi insanların münasibətlərini mən povestdə oxuyanda təkrar yaddaşımda təzələdim. Və şəhid İlkin Seyidovun ruhu qarşısında baş əyməklə povestin müəllifinə də içimdən bir təşəkkür gəlib keçdi.

Nəhayət, kitabın redaktoru, dəyərli qələm dostum Zülfüqar Şahsevənlinin və layihənin rəhbəri Nəzakət Məmmədova ilə rəyçisi "Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevin birgə gerçəkləşdirdikləri bu işin bir nəticəsi kimi Fəridə Rəhimlinin ortaya qoyduğu "Bir xatirə dəftərinə bənzəyir ömrüm” heç zaman unudulmayacaq İlkin Seyidovun xatirə abidəsinə çevriləcəyinə inanıram. Çünki hamımız, elə kitabın müəllifi də bir həqiqəti dəqiqi bilir. O həqiqəti kitabın sonunda müəllif qeyd edib. "Ayrılarkən bir daha İlkinə baş çəkdim... Xudahafizləşmək üçün... və ona pıçıldadım ki, rahat yat, tezliklə sənə qələbə müjdəsini gətirəcəm... Mən gətirə bilməsəm də, kimsə gətirəcək, arxayın ol!..”.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-11-23

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 21, 19, 17, 14, 12, 11, 07 05, 03,
October: 31,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Təyyarə qəzaya  uğrayır, səbəb də Paşinyan olur. Deməli, Erkin Qədirli, Paşinyan  və Saakaşvili sağ qalıb bir kimsəsiz adaya düşürlər.  Ac-susuz, Erkin hər  aclığı tutanda Paşinyanı  salır  təpiyinin  altına, Saakaşvili birtəhər tutub Paşinyanı  Erkinin  əlindən alır. Day döyülməkdən  Paşinyanın  üz-gözü qalmayıb, qaçıb  gizlənməyə yer də yoxdu. Deyirlər  balıq tutaq  heç olmasa. Dənizin  kənarında oturub balıq tuturlar.

Əllərinə bir qızıl balıq  düşür. Qızıl balıq yalvarır ki, məni buraxın, hərənizin bir  arzusunu  yerinə yetirim.

Saakaşvili deyir:

- Məni at Tiflisə. Çoxdandı ev  çaxırı içmirəm, çexoxbili yemirəm.

Balıq Saakaşvilini atır Tiflisə.

Paşinyan deyir:

 Balıq qardaş, məni də at Tiflisə, Saakaşvilinin  yanına, yoxsa bu türk  məni  minəcək.

Balıq onu da atır  Tiflisə.

Erkin Qədirli deyir:

- Sən  belə elə də, bir qəşəng süfrə aç – xaş, sirkə-sarımsaq , üstünə nar  sıxılmış soğan, bir də tut arağı, o oğraş Paşinyanı da qaytar geri.

ARXİV

TƏQVİM

FACEBOOK