adalet.az header logo
  • Bakı -°C
13 May 2026 19:23
82
MƏMLƏKƏT
A- A+

Azərbaycanda bu kəndlərə dolu düşdü - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin mayın 13-ü saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.

Adalet.az xəbər verir ki, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir.

Belə ki, Lənkəran, Astara, Ağstafa, Gəncə, Daşkəsən, Bərdə, Tərtər, Naftalan, Goranboy, Göygöl, Tovuz, Şəmkirdə arabir şimşək çaxır, yağış yağır.

Saat 15:40 radələrində Şəmkir rayonunun Atabəy, Aşağı Seyfəli, Dağ Cəyir, Çənlibel, Hacıalılar, Çaykənd, Nərimanlı və Yeni Göyçə kəndlərinə diametri 10-15 mm olan dolu düşüb.