Putinin Çinə səfərinin tarixi açıqlandı
Rusiya Prezidenti Vladimir Putinin gələn həftənin sonunda, mayın 20-də Pekinə bir günlük səfəri gözlənilir.
Adalet.az xəbər verir ki, bu barədə "South China Morning Post" öz mənbələrinə istinadən məlumat yayıb.
Qəzetin mənbələrinə görə, Putinin Çinə səfəri Moskva ilə Pekin arasında əlaqələrin bir hissəsidir, ona görə də Rusiya prezidentinin səfəri şərəfinə heç bir parad və ya təntənəli qəbul gözlənilmir.
Xatırladaq ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dünən Putinin Çinə səfərinin tarixlərinin müəyyən olunduğunu açıqlamışdı: "Tarixləri tezliklə açıqlayacağıq. Bu səfərə hazırlıq gedir, deyə bilərik ki, hazırlıqlar başa çatıb".
Putinin Çinə sonuncu səfəri 2025-ci ilin avqust ayının sonlarında baş tutmuşdu.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp mayın 13-dən 15-dək Çində rəsmi səfərdədir.


Bakı -°C

