“Bu səfər ABŞ və Çin arasında köklü dönüş yaratmayacaq...”
“Tramp Çinə prezident kimi yox, yanında Amerikanın pulunu, texnologiyasını və sənaye gücünü aparan bir növ iqtisadi baş komandan kimi getdi. Bu səfər diplomatik protokoldan daha çox korporativ diplomatiyadır. Tramp bununla açıq şəkildə göstərir ki, məqsədi siyasi dialoqa bərabər həm də Çin bazarını Amerika şirkətləri üçün daha əlçatan etməkdir. Xüsusilə NVIDIA, Apple və Tesla kimi nəhənglərin Çin bazarında satış, lisenziya və tənzimləmə ilə bağlı maraqları var”.
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, heyətdə Jensen Huang kimi texnologiya liderinin olması göstərir ki, səfərin mərkəzində süni intellekt, çip texnologiyaları və ixrac məhdudiyyətləri dayanır:
“Çin yüksək texnologiyaya çıxışı genişləndirmək istəyir, ABŞ isə bu strateji üstünlüyü nəzarətdə saxlamağa çalışır. Eyni zamanda Boeing, Goldman Sachs və Cargill kimi şirkətlərin iştirakı göstərir ki, məsələ texnologiya ilə bitmir. Aviasiya, maliyyə, kənd təsərrüfatı və qlobal təchizat zəncirləri üzrə çoxmilyardlıq imkanlar da masadadır. Bu səfərin bir başqa tərəfi də siyasi mesajdır. Trump həm Pekinə, həm də Amerika seçicisinə göstərmək istəyir ki, XXI əsrdə geopolitik güc artıq tək tankla topla, ya da raket cə dronla yox, kapital, texnologiya və bazarlarla ölçülür. O ki qaldı, görüşün nəticəsinə”.
Onun fikirncə tərəflər hazırkı mərhələdə qarşıdurmanı idarə olunan çərçivədə saxlamağa çalışacaq:
“Çin ilk növbədə çip texnologiyalarına çıxış, ixrac məhdudiyyətlərinin yumşaldılması və tarif təzyiqlərinin azalması istiqamətində nəticə almağa çalışacaq. ABŞ isə bunun qarşılığında bazara çıxış imkanlarının genişlənməsi, Amerika şirkətləri üçün daha əlverişli investisiya mühiti və strateji sahələrdə daha şəffaf qaydalar tələb edəcək. Sözsüz ki, Yaxın Şərq mövzusu da masada olacaq. Xüsusilə İran ətrafında artan risklər fonunda Vaşinqton Pekinin regiondakı siyasi təsir imkanlarını necə istifadə edəcəyini diqqətlə izləyir. Çin enerji təhlükəsizliyi baxımından bölgədə sabitlikdə maraqlıdır və bu məsələ danışıqlarda əlavə təzyiq alətinə çevrilə bilər. Əlqərəz, bu səfər ABŞ və Çin arasında köklü dönüş yaratmayacaq. Amma əgər bu görüşdən müəyyən anlaşma çıxarsa, bunun təsiri Hörmüzdə də hiss oluna bilər. Çünki, Çin bölgədən gələn enerjidən ciddi asılıdır, ABŞ isə enerji bazarında yeni gərginlik istəmir. Buna görə Pekin İran üzərində daha ehtiyatlı mövqe tuta bilər və bu da bölgədə gərginliyin bir qədər azalmasına təsir göstərə bilər”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
15 May 2026 12:34
Prezident Qazaxıstana getdi - FOTOLAR
15 May 2026 11:58
Si Cinpinin xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək
15 May 2026 11:07
“ABŞ və Çin açıq şəkildə üz-üzə gəlmirlər...”
15 May 2026 10:47
“Nikol Paşinyan onlara həqiqəti deyir, bir gün gücü çatsa...”
14 May 2026 18:56
Sahibə Qafarova Buxarada Forumda iştirak etdi - FOTOLAR
14 May 2026 18:23
Trampın Çin səfərindən "əli dolu" dönəcəyi inandırıcı görünmür - Səxavət Məmməd yazır
14 May 2026 13:52
“ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir”- VİDEO
14 May 2026 11:05


Bakı -°C

