adalet.az header logo
  • Bakı 20°C
25 Avqust 2017 20:19
21177
ƏDƏBİYYAT
A- A+

Ümid Nəccari

Səni yaşamaq lazım, bir ağac kimi bahar günündə,
bir qaya kimi üzü dənizə, bir ümid kimi sevə-sevə!
Səni yaşamaq lazım, yaşıl-yaşıl yarpaqları tökmədən, bir Mövlanə, Şəmsə olan kimi, sənə Kərəm kimi yanmaq lazım, səni yaşamaq lazım...
***
Hər şey o masadan başladı.
Gözlərinin günahsızlığından,
Fəsillərin yarpaq alıb, tökməsindən.
Qatarların dolub boşalmasından başlandı bizimkisi...
Sənsiz bubuludların altında çətirlərlə savaşdım.
Səni unutmaq üçün üzümü divarlara öyrətdim!
Sənsiz buluda çevrilib, pambıqlar təki sovruldum!
Dodaqlarımdan təbəssümü salıb itirdim.
Sənsiz bahar gəlməsin deyə, bütün ağacları qırdım,
gecələrə quyuladım kölgəmi,
quyuladım adımı Bakı küçələrində,
bu şəhəri kağız kimi bürüşdürüb atdım qırağa.
Çəkildi gözlərimdəki, teatrın pərdəsi.
Bir sən qaldın, bir də mən!
Bir də divardan asılan ümidsiz şəkillər.
Hər şey o masadan başladı.
Qarşımdaki, günahsız mələkdən!
Qarşımdakı, bir ovuc Tanrıdan!
Məni özünə sevdirmədən, öldürmədin deyə,
ölür baxışlarım sənsiz!
Qar yağır günlərimə bahar çağında
Hər şey səndən başladı
Ammag
Səndən sonra bitmədi hekayəmiz!
***
Toxunmayın əllərimə!
Bulud olmağa bir addım qalır!
Bir addım göy üzünəg
adımı öldürmədən,
küləkli bir gündə, buludlu bir havada gəl!
Yeriyə bilmirəm daha, ayaqqabılarım darıxır ayağımda,
Darıxmaqdan sıxılır buludlar.
Çay darıxır stəkanımda,
Bilirəm, buludların sonu yağışdır,
Yağışlar söndürəcək bizi!
Ağacların gələcəyi kibritdir,
sonunda yandıracaq bizi!
Sən çalış saçlarındakı,sünbül düzlərinə kimsə girməsin.
Çalış barmaqlarının arasında, kimsə ölməsin.
Sən çalış ki, bu hava bizdən əl çəkməsin.
Ölümsüz bir payızda,
buludlu bir havada gəl!
Gəlməyi necə öyrədim ki sənə,
Öyrən uçmağı gözlərində,
qaçmaqdan yorulursan,
dincəlməyi öyrən dizlərimdə.
Qoy yanqların yastıq olsun əllərimə,
kimlər var səndən başqa bizlərə!
daha hamı billir bu şəhərdə,
küçədə o oğlanın əlindəki akkordeonun nəğməsi idik biz
Gəəəəl desəm,
gəlg
Güzgülərindən bunu sındır!
Bir Tanrı tap, gözə görünsün!
Bir göy ver sonu bilinsin!
Məni tap ki, çox itmişəm mən
Birdəfəlik məzarda quyulanacaq qədər
Buradan Allaha qədər baxışlarınla
Məni həsrətdir doğrayır,bıçaq altında
Mənim boş qucağımı, doldurmağa gəl
Bu gözlərimi yollardan ayırmaq həvəsilə
Boşluqların sınıq qəfəsilə
Bütün divarları uçurtmağınla
Uçurumları doldurmaqla
Əlimdəki,boş qədəhi doldurmağa gəl
Gəl şərab rəngində,
Göy üzü güzgüdür,dənizin rəngində!
Gözlərin gömgöy yaralarımın rəngində
Gəlməyi necə öyrədim ki, sənə?
Ürəyimi alovlardan ayırıb,
küləkli bir gündə,
buludlu bir havada gəl
***
Şamların yoxsulluğundan bu ev qaranlıq...
Sobanın yalançılığından bu divarlar soyuq
Soyuqdur havalar...
Bu divarların o tayında hansı səslər susur
Bu divarların o tayında hamı susuzdur əllər üçün
Bundan daha çox biləcəksiniz...
Bu divarların o tayında bilməsəm nələr olur əgər...
Bilməsəm kimlərin gözləri dolur...
Darıxacam yenə, görəcəksiniz!
Başa düşəcəksiniz, bütün otaqlar vecimə deyil...
Pəncərəsi dənizə əl açan otaqları deyirəm!
Bütün gəmilər də vecimə deyil!
Dənizin ortasında boğulan gəmiləri deyirəm!
Siz sadəcə gecələri, qapıları açıq qoyun
sadəcə, bu divarların o tayında nələr olduğunu unudun
Unudun bura qədər dediklərimi
Heç günəş də vecimə deyil,
sonralar biləcəksiniz!
Buralar çox qaranlıqdır,
Siz sadəcə adıma kibrit yandırın!
***
Bunlar bəhanədir dostum
ay işığı hər gecə dənizin üzündə üzəmək üçün doğulur
hələ ulduzları demirəm
hələ yaşamı demirəm
özümü desəm üzümü yastığın dizəlrinə öyərtəmişəm ki,
ağlamağımı görməsin güzgülər
özümü desəm insan yuxularında olduğu kimi yalqızdır
insan bir ayaqlı tabutdur
hər kəs öz içındə tribundan danışır dərdlərini
hər kəs söz kimi yanır kağızın ürəyində
qorxma asta yazıram
səssiz yazıram ki, dərdlərin oyanmasın
bu yazıda birisi yoxdur
niyə yoxdu əllərimdə insan izləri
yox yəni söndürün işıqları
bunlar hamısı bəhanədir
baxışlarıma aldanma,
müharibədə uduzmuş qoşun kimi yorğunam
bu yazımda
gözlərimdən keçirin gecələri varaq-varaq
barmaqlarımdan asın ulduzları

bunlar bəhanədir dostum
doğulmağı bilməsəm də, ölməyə ən gözəl yer otağındır
sus, bir azca da,
sol tərəfimdə nə isə bir səs susmur.
onun üçün onun adı yasaqdır hər ölkədə
onun saçlarının uzunluğu qədərdir gecələr
uzaqlaşdıqca usanıram qaranlıqda
özümə "uzan yat" deməkdən yoruluram,
bunlar hamısı bəhanədir.
baha-baha gülüşlərini ala bilməyir yazıq ciblərim,
əllərimin gücü çatmır səni saxlamağa,
odur ki, adını terrorist kimi partladıram ürəyımdə
sən gədən yollarda özümü maşın altına atıram
bunlar hamısı bəhanə deyil, dostum,
bunlar yuxular kimi gerçəyə dönür
küləyi durdurun lütfən,
şam olacağam məzarlıqda
kəpənək kimi saçlarına sancaq olacağam!
ya öləcəm, ya olacağam!
qollarını aç, küləkdən qoru məni!
gözlərim qurumadan qoru məni,
qoru məni!!!
***
Bir Çinar ağacı var sürgündə bitən,
əlləri boş...
Əlləri yağmurlara açılan yarpaqları deyirəm!
Bir ağac var, Çinar ağacı.
Günahları gövdəsinə cızılmış bir oğlanın
yadigar sözləri!
Budaqlarında biraz Təbriz küləyi,
dodaqlarında qəm gülləri.
Əllərim yoruldu, gövdəm yoruldu, köküm qurudu,
məndən heç adam olmadı ana!
Məndən ağac oldu.
Məndən yarpaq oldu.
Məndən heç şey olmadı ana!