adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
17 Dekabr 2014 23:56
22769
MƏDƏNİYYƏT
A- A+

Binəqədi Mərkəzi Mədəniyyət evinin açılışı olub

Binəqədi rayonu ərazisindəki Mərkəzi Mədəniyyət evinin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.

Adalet.az xəbər verir ki, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkili Madər Musayev və rayon ictimaiyyətinin nümayəndələri, mədəniyyət işçiləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Binəqədi Mərkəzi Mədəniyyət evinin direktoru Zivər Abbasova mədəniyyət ocağının fəaliyyəti barədə ətraf məlumat verib.

1901-ci ildə inşa edilən binada ilk dəfədir ki, əsaslı təmir işlərinin aparıldığını, müasir tələblərə cavab verən şərait yaradıldığını diqqətə çatdırıb.

Açılış mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiq edilmiş dövlət proqramları çərçivəsində son illər Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı istiqamətində mühüm işlər görülüb və çoxsaylı layihələr həyata keçirilib

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov son illər rayonda aparılan tikinti-quruculuq işlərindən, ölkəmizdə mədəni sahənin inkişafına göstərilən dövlət qayğısından danışdı.

Sonra tədbir iştirakçıları Mədəniyyət evi ilə yaxından tanış olublar.