warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | SƏSİN GƏLSİN... Adalet.az | SƏSİN GƏLSİN... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

SƏSİN GƏLSİN...

Qarşıdan seçkilər gəlir, Səsin gəlsin, ay namizəd. Mənim xalq mahnımdan bir misra

19803    |   2007-12-14 03:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Vallah, deyəsən mənim işim bir Allaha qalıb. Kimin barəsində yaxşı düşünürəm, yaxşı danışıram, elə bil dönüb olur ilan-qurbağa, əqrəb. Və həmin o yaxşı dediyim, yazdığım dönüb olur əcaib bir şey və vurub çıxır kəllə çarxa. Ortaya əməlli-başlı dilxorçuluq düşür. Ona görə də həmişə fikirləşirəm ki, daha qurtardı yaxşı yazılar da, yaxşı sözlər də, yaxşı fikirlər də. Hamı kimi, necə deyərlər, palaza bürün - üzr istəyirəm indi palaz yoxdur, "daroşka" var, özü də hərəsi bir naxışda, bir qiymətdə - "daroşka"ya bürün, elnən sürün. Nə fərqlən, nə də pis görün. Yoxsa gündə on dəfə qanqaraçılığa tuş gəlməyin nə özümə, nə də başqalarına heç bir faydası yoxdur. Odur ki, hamı kimi olmaq lazımdır. Yəni...
   
   Bu balaca məmləkətdə az qala hər kəndə bir partiya düşür, hər obaya da QHT. Ona görə də partiyalardan, QHT-lərdən yazanda çalışmaq lazımdır ki, tərəfsiz olasan. Heç kimin sözünü, göyçəyini deməyəsən. Yoxsa o "göyçək" söz səni əməlli-başlı damğalayar. Elə bilərlər sən də o partiyanın üzvüsən, təəssübkeşisən və yaxud da başqanı ilə kəndçisən. Bu mənada mən bütün partiyaların, bütün QHT-lərin hamısına eyni cür yanaşmaq mövqeyindən çıxış edərək bir məqama aydınlıq gətirmək istəyirəm, daha doğrusu, münasibətimi ortaya qoyuram. Belə ki, məmləkətimizdə Müsavat adını daşıyan iki partiya var. Biri qədimdi, biri müasir. Birincilər özlərini ötən əsrlə bağlayır, ikincilər bu günümüzlə. Hərəsinin öz nizamnaməsi, öz proqramı, öz qəzeti, öz başqanı. Amma di gəl ki, ayrı-ayrılıqda bunların gördükləri işlərə, qəbul etdikləri qərarlara müştəri gözü ilə baxanda adam çaşbaş qalır. Bilirsiniz niyə?..
   
   Bir qəribə atalar sözü var ey, deyirlər ki, filankəslər elə bil bir almanın iki üzüdür. İndi bu müsavatlar da nə eləyirsə, hansı addımı atırsa, sanki bir-biriylə öcəşir. Müsavatın başqanı güzgüyə baxanda Müasir Müsavatın da başqanı saçını darayır. İsa bəy hər hansı bir açıqlama verib münasibət bildirəndən 5 dəqiqə sonra Hafiz Hacıyevin eyni mövzuda bəyanatı agentliklər vasitəsilə yayılır ölkəyə. Əgər bu gün İsa Qəmbərin hardasa mətbuat konfransı və yaxud müsahibəsi səslənibsə, mətbuata çıxıbsa, demək, ertəsi günü də həmin mətbu orqanda Müasir Müsavatın da mövqeyi şərh olunur. Bilmirəm bunun arxasında nə dayanır, amma mənə elə gəlir ki, Hafiz müəllim İsa bəylə bir növ yarışır. Sanki deyir ki, "harda sən varsan, orda varam mən".
   
   Bax, götürək seçki məsələlərini. Xatırlayırsınızsa parlamentə seçkilər zamanı əməlli-başlı istirahət etdik. Allah Hafiz Hacıyevin canını sağ eləsin. AXCP-dən Əli Kərimli, Müsavatdan İsa Qəmbər televiziyada görünəndən bir az sonra Hafiz müəllim çıxırdı ekrana və başlayırdı "Kərimov Əli və Qəmbərov İsa"dan əməlli-başlı faktlar söyləməyə. Açırdı gözümüzü, təzələyirdi yaddaşımızı. Bizi sevdiyindən imkan vermirdi ki, "Kərimov Əliylə Qəmbərov İsanın" dediklərinə uyaq. Kişi kimi də axıra kimi dediyinin üstündə durdu.
   
   Lap elə qarşıdakı prezident seçkiləri ərəfəsinə diqqət yetirək. Artıq bəllidir ki, Müsavat divanı İsa Qəmbərin prezidentliyə namizəd məsələsini qətiləşdirib. Yəni İsa bəy prezident olmaq istəyir. Bax, bu xəbərlə bağlı Hafiz Hacıyev də özünəməxsus ciddiliklə bir açıqlama verib və bildirib ki, o da prezident olacaq. Bu fikri Hafiz müəllimin partiyasından mətbuata ötürən sözçüsü onu da əlavə edib ki, "Hafiz Hacıyevin namizədliyini partiya üzvləri irəli sürüb". Nə gözəl, nə qəşəng... Deməli, bu seçkidə də darıxmayacağıq. İnşallah, teledebat günlərini öyrənəndən sonra şəxsən mən Hafiz müəllimin çıxışı olan günlərdə heç bir tədbirdə, mərasimdə iştirak etməyəcəm. özümü zilləyib televizorda dinləyəcəm bu kişini axıra kimi. İnanıram ki, çoxlu təzə faktlar ortaya çıxacaq. Xoruz səsi eşitməmiş məsələlər bəlli olacaq. Heyf deyil gündə təzə söz, təzə fikir eşidəsən. Odey, hələ seçkilər başlamayıb Hafiz müəllim bəyan edib ki, "yaxın vaxtlarda biləcəksiniz ki, kimlər bizimlə müttəfiq olacaq... təkliflərimizdən imtina edənlərin isə seçklərdə əsl simasını xalqa açıqlayacağıq". Vallah, doğrudan kef olacaq. Bilmədiklərimizi biləcəyik, eşitmədiklərimizi eşidəcəyik. Heyf deyil seçki...
   
   Hafiz müəllimin həqiqətən xalqa nə qədər bağlı olduğu bəllidir. Mən onun bu qədər xalqa bağlı olmasını istəməzdim. Bilirsiniz niyə? Çünki müxtəlif atalar sözləri var. Onlardan biri də budu ki, "hərə közü öz qabağına çəkir". ərək Hafiz müəllim də arada bir atalar sözlərimizə baxsın. Bilsin xalq üçün nə qədər can yandırsa da özünü də fikirləşməlidir. Yoxsa Müsavatın, o cümlədən İsa Qəmbərin də etdiklərini, atdığı addımları təkzib formasında təkrarlamaqla heç nəyə nail ola bilməz. Yəni birdən işdi də, İsa Qəmbər başqanlıqdan istefa verdi, onda Hafiz müəllim neyləyəcək, odamı istefa verəcək? Və yaxud İsa Qəmbər maşına minəndə ayağı burxuldu, stoldan sürüşüb qolu sərpdi, ya da mitinqdə vurub başını yardılar. Bütün bunların hamısını Hafiz müəllim edə biləcəkmi? Eləsə onda kənardan necə görünər? Ümumiyyətlə, Hafiz müəllim başının yarılmağına, harasınınsa sınmasına razı olar? Şəxsən mən razı olmaram.
   
   Hə, mənə qalsa çox istərdim ki, Müsavatla Müasir Müsavatın qoşalaşması düşmənçilik yox, bir növü yarışma olsun. Yəni partiyadı də. Hərəsi özü üçün nə bilir, nə düşünürsə, onu davam etdirsin, arada bir də səsləri gəlsin. Xoş səslərini deyirəm, səslər müxtəlif yerlərdən gələ bilər. Özü də əks-səda kimi yox, hərənin öz səsi olması daha yaxşı olar(dı)...
   
   
   
   


YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
SON XƏBƏRLƏR
2019-05-24
2019-05-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (66.66%)
"Qəbələ" (20%)
"Sumqayıt" (6.67%)
"Zirə" (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK