deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | "Sonuncu insan var olanadək..." Adalet.az | "Sonuncu insan var olanadək..." Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"Sonuncu insan var olanadək..."

Rejissor Gümrah Ömər ədəbiyyatla teatrın mübarizəsinə təbii baxır

16483    |   2014-06-07 06:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Gümrah Ömər Vaqif İbrahimoğlunun ən istedadlı yetirmələrindəndi. Gənc rejissor ilk tamaşalarına da ustadının yaratdığı "YUĞ" teatrında quruluş verib. Bu teatrda onun M. Süleymanlının "Satqın" hekayəsi əsasında hazırladığı "Sonuc", A. Çexovun "Qağayı" pyesi əsasında quruluş verdiyi "Formalar", C. Məmmədquluzadənin əsərlərinin motivləri əsasında səhnələşdirdiyi "Dadaş", R. İbrahimbəyovun "Arabir görüşmək üçün kişi axtarıram" pyesi əsasında hazırladığı "Car", "Əl-Kimya" (Hötenin "Faust" əsəri əsasında) "Mən Məhəmməd Füzuli", "Naməlum Axundzadə", A. Kasaresin "Qəbirqazma üsulu" tamaşaları teatr ictimaiyyətinin marağına səbəb olub. Lənkəran Dövlət Teatrında Ə. Əmirlinin "Onun iki qabırğası" pyesini hazırlayan istedadlı rejissor üç il Gəncə Dövlət Teatrının baş rejissoru kimi də fəaliyyət göstərib və bu teatrın səhnəsində J.B. Molyerin "Skapenin kələkləri", M. F. Axundzadənin "Hekayəti Müsyo Jordan və dərviş Məstəlişah", Elçinin "Cəhənnəmdən cənnətə" və başqa tamaşalarını hazırlayıb.
Gümrah Ömər ölkədən kənarda tamaşa hazırlamaq təklifi alan nadir rejissorlarımızdandı. Estoniyanın "Uqala" teatrının səhnəsində K. Abdullanın "Kim dedi ki, Simurq quşu var imiş..." pyesinə quruluş verib, "Boş məkanın dolğunluğu", "Yeni Teatr", "Min nəfəs, bir səs" kimi bir neçə beynəlxalq teatr festivalının mükafatına, diplomuna layiq görülüb. "Formalar" tamaşasına görə "Üfüq-XXI" monotamaşalar festivalında "Ən yaxşı rejissor işi" nominasiyasının qalibi olub.
"Müasir teatr ənənəvi dramaturgiya ilə vidalaşmalıdı"- deyən müsahibim bu günlərdə Akademik Milli Dram Teatrının kiçik səhnəsində G. Dumbadzenin əsəri əsasında səhnələşdirdiyi "Məqam"ı teatrsevərlərin müzakirəsinə verdi.
- Gümrah Ömər quruluş vermək üçün əsər seçərkən nələrə daha çox diqqət ayırır? Dramaturji materialın aktuallığı, maraqlı olmağı və daha nələr səni daha çox cəlb edir?
- Təbii ki, əsər aktual, həm də maraqlı olmalıdı. Sözsüz, əsər rejissor kimi mənə belə deyək də, toxunan, cəmiyyətlə, onun ruhu ilə hansısa formada bağlı olmalıdı. Əsər seçimində bu sadaladığım meyarlara önəm verməmək mümkün deyil. Bu meyarların daha çox üst-üstə düşdüyü əsərlər həmişə məni özünə cəlb edir. Nəzərə alsaq ki, mən müxtəlif teatrlarımızla yaradıcılıq əməkdaşlığı edirəm, daha bir neçə vacib detala önəm vermək lazım gəlir. Müraciət etdiyim əsər tamaşanı hazırlayacağım teatrın repertuar siyasətinə cavab verirmi, həmin tamaşa bu teatrın kollektivinə, auditoriyasına hansı səmərə verə bilər və s. Bu suallara da cavab axtarıram. Dünya və milli ədəbiyyatımızda maraqlı, sevdiyimiz əsərlər çoxdu, lakin onların hamısını bu gün səhnəyə gətirmək mümkün deyil. Və yaxud da belə deyim, onlara quruluş vermək üçün münasib şərait yoxdu.
Şəxsən mənim üçün daha bir önəmli meyar müraciət etdiyim hər hansı bir əsərin özündə varolma konfliktinin olmasıdı. Mənə görə, problemli insanlar bu problemi kənarda yox, özündə, öz ruhunda axtarır. Bu gün bizim Qarabağ boyda dərdimiz olduğundan hamımız bir məğlubiyyət sindromu yaşayırıq. Durumun bu həddə çatmasının günahını kiminsə ayağına yazmamalı, problemin həllinə hamımız öz ruhumuzdan, içimizdən başlamalıyıq.
- Birdən sənin meyarlarına uyğun gələn əsərlər tamaşaçının meyarları ilə üst-üstə düşmədi?
- Belə hallar da ola bilir. Bir az əvvəl teatrların repertuar siyasəti ilə bağlı məsələyə ötəri toxundum. Repertuarda hökmən bir-birindən fərqli tamaşalara yer verilməlidir, səhnəyə qoyulan əsərlər hamısı bir-birinə oxşasa, bu monotonluq tamaşaçını yora bilər. Fərqli estetika hər bir teatrın repertuar zənginliyinin göstəricisidi. Təbii ki, bəzən kütləvi tamaşaçıya hesablanmayan quruluşlar da ola bilir.
- Bəs belə tamaşalar səncə nəyə hesablanır?
- Belə tamaşalar teatr kollektivinin yaradıcılıq potensialını aşkarlamaq və ya teatrın gələcəkdə nəzərdə tutulan hansısa bir yaradıcılıq layihəsinə hazırlıq üçün səhnəyə qoyulur. Və ya dünya teatrlarında gedən proseslərə qoşulmaq cəhdi kimi dəyərləndirilə bilər. Sonuncusu, bəzən də tamaşa konkret festival üçün hazırlanır. Belə hallarda sən dediyin kimi, rejissorla teatrın daimi tamaşaçısının meyarları üst-üstə düşməyə bilir.
- Bu yaxınlarda "Azərbaycan" jurnalının dramaturgiyamızın vəziyyəti ilə bağlı açdığı müzakirədə sənin də fikirlərinlə tanış oldum. Belə başa düşdüm ki, dramaturqlarla rejissorların əbədi mübarizəsi hələ də davam edir. Pyes müəllifləri rejissorların mətnə etdiyi əlavələrlə razılaşmır, rejissorlar da "Əsər teatrın qapısından içəri daxil olub səhnəyə çıxdısa, mənim məhsulumdu"- deyibən israr edirlər...
- Sən dediyin əbədi mübarizəyə normal baxıram. Amma və lakin ustadım Vaqif İbrahimoğlunun bizlərə öyrətdiyi, təlqin etdiyi bir məsələ var- müasir teatr ənənəvi dramaturgiya ilə vidalaşmalıdı. Onsuz da əsəri tam müəllifin yazdığı kimi səhnəyə gətirmək mümkün deyil. Dramaturqun remarkada qeyd etdiyi bir çox şeyi səhnədə əks etdirmək texniki cəhətdən teatrın imkanı xaricində olur. Dünya şöhrətli rejissor Piter Bruk "Vanya dayı" pyesinə tam Çexovun yazdığı estetikada quruluş verib. Bizim belə bir imkanımız varmı? Teatrlarımızdakı texniki avadanlıqlar bunu üçün yetərlidirmi?
Bu məsələdə daha bir vacib yanaşma var, əgər rejissor dramaturqun yazdığını cümlə-cümlə səhnəyə gətirəcəksə, onda bu rejissorluq yox, icraçılıq olar. Xüsusi ilə ənənəvi dramaturgiyadan asılı olmaq özünə hörmət edən heç bir rejissora başucalığı gətirməz. Tamaşa hazırlamaq, əsərə quruluş vermək yaradıcı bir prosesdi, quruluşçu rejissor öz yanaşmasını ortaya qoyur, bu baxımdan hansısa bir əsərin mətninə müdaxilə müəllifə hörmətsizlik kimi başa düşülməməlidi. Təbii ki, rejissor müəllifin kontekstinə hörmətlə yanaşmağı bacarmalıdı.
Bəzən bizə elə gəlir ki, Mirzə Fətəli Axundzadəni, Mirzə Cəlili və digər klassiklərimizi yaxşı mənimsəmişik, hər şeyi bilirik. Mən teatr sənəti ilə məşğul olan insanlardan rica edərdim ki, fikirləri ilə yox, gözləri ilə oxusunlar.
- Görkəmli rejissor Goergi Tovstonoqov da belə hesab edirdi ki, müəllifə sədaqət heç də onun hər sözünə riayət etmək deyil. Bu cür "sədaqət" illüstrativliyə aparıb çıxarır...
- Dramaturgiya özü bir ayrıca sənət növüdü, əsərdəki hadisə ilə mətni oxumaqla tanış oluruq. Sonra pyesdə yazılanlar başqa bir sənət növünə- teatra transfer olunur. Teatrın isə öz ifadə vasitələri var. Ən dahiyanə əsər belə teatr üçün bir ədəbi bəhanədi. Heç bir yazara, dramaturqa deyə bilmərik ki, sizin yazdığınız bizim üçün önəmli deyil. Təbii, müəllifin yazdığı vacibdi, amma ondan da önəmli məsələ var, tamaşa hazır olanda, teatrın bütün komponentləri yerini tapanda həmin o önəmli məsələ ortada olur və görünür.
- Hər halda belə görünür ki, dramaturqlarla rejissorların mübarizəsində sülhün tezliklə yaranması gözlənilmir...
- Bu, əslində ədəbiyyatla teatrın mübarizəsidi və bayaq dediyim ki, belə bir mübarizəyə də adi baxmaq lazımdı.
- Sənin fikrincə, bugünkü cəmiyyət üçün teatr nədir?
- Teatrın cəmiyyəti tərbiyələndirmək, insanları islah etmək funksiyası yoxdu, sovet dövründə bu funksiyanı inzibati metodla teatrın üzərinə bir vəzifə kimi qoymaq istəyirdilər. Teatrın konkret funksiyası var- hansısa bir məsələyə gəlin birlikdə baxaq, vəssalam. Bu məsələdə də məcburiyyət, təzyiq ola bilməz. Səhnə tamaşaçı zalından hündürdə yerləşsə də, teatr heç vaxt orada əyləşən insanlara yuxarıdan aşağı baxmamalıdı. Hər bir insanın ruhunda mənəvi dəyərlər var, sadəcə, zaman onu elə çətin labirintlərə salır ki, daxilindəki müsbət keyfiyyətləri görə bilmir. Teatr bu keyfiyyətləri üzə çıxarmaq üçün insana impuls verə bilər və verməlidir. İnsan əgər öz içini tanımaq, orada baş verənləri görmək istəyirsə, teatra gəlməlidir. Çünki bunun üçün ən münasib yer məhz teatrdı.
- Teatra məhz bunun üçün gələnlər çoxdur, yoxsa...
- Etiraf edək ki, bizim tamaşaçıların teatra münasibəti ilə ən azından qonşu ölkələrdəki tamaşaçıların münasibəti fəqrlidi. Bu fikri hamıya şamil etməsək də fərq göz qabağındadı. Hətta bəzən adam belə fikirləşir ki, bizə teatr lazımdırmı?
- Bu sualın cavabını tapa bilirsənmi?
- Sözsüz, cavab da tapıram və belə düşünürəm ki, sivil cəmiyyətlərin teatr sənətinə dəyər verərkən biz nələrisə düz etməmişik, hansı məqamdasa sayğını əsirgəmişik. Bu məsələdə təkcə cəmiyyəti günahlandırmaq istəməzdim və belə düşünmürəm ki, çatışmazlığı həm də teatr sənəti ilə məşğul olan insanlar yaradıb. Günah qarşılıqlı olub.
Gəlin etiraf edək ki, teatr çox nadir bir sənət növüdü, elə biz də bu sənətin əsl dəyərini qoruyub saxlamağa çalışmalıyıq.
- Teatrın yaranma tarixi məlumdu, bəs nə vaxt öləcəyini təxmin etmək olarmı?
- Əslində teatrın yaranış tarixi nisbi məsələdi. Teatr insanın bir körpənin başını sığallamasındakı mərhəmət hissindən də yarana bilərdi. Bu sənətin yaranışında insan və onun ruhu faktoru var, deməli, bəşəriyyətin sonuncu insanı var olduqca teatr da yaşayacaq.

Etibar CƏBRAYILOĞLU


İmza:

YAZARIN ARXİVİ

2019-06-14 : Ziya
2019-02-09 : Alim-Maestro
2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK