ANA SƏHİFƏ / YAZARLAR

Bərəçi, mən və Vahid Qazi... - Əntiqə Rəşid yazır

34806    |   2020-06-20 10:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Deyilənə görə, Kür çayında bərə işlədən orta yaşlı bir adam sahildən ona əl edən qıvrımsaç müştərini çayın bu üzünə keçirir. Müştəri əlindəki çubuğu astadan suya çırpa-çırpa dodağının altında nəsə deyir. 

Bərəçi diqqət edəndə onun şeir dediyini hiss edir və soruşur:

- Siz də şair-mairsiniz?
- Şair nədir, mair nədir? – müştəri suala sualla cavab verir.
Bərəçi ah çəkir:
- Şair Səməd Vurğundur, mair sizin kimi ara-bərədə yazanlar...
Müştəri heç nə demir, bərədən enib dinməzcə ağacların arasında onu gözləyən atlıların yanına gedir. Bir azdan meşəbəyi bərəçiyə yaxınlaşır:
- Səməd Vurğunla nə danışırdın?
- Nə Səməd Vurğun? – bərəçinin gözü kəlləsinə çıxır.
- Bərəylə bu üzə keçirdiyin adam şair Səməd Vurğun idi.

Bərəçi yerində donub qalır.

Bunu oxuyandan sonra illər əvvəl olmuş bir hadisə yadıma düşdü.

Təxminən 2009-2010-ci il idi. Vahid Qazinin "Ruhlar şəhəri” əsərini jurnaldan oxuyub, kövrəlib-ağlayan vaxtlarımıydı. Bir gün xəbər gəldi ki, "Qarabağ mövzusu ədəbiyyatda” adlı dəyirmi masa keçiriləcək. Qarabağlı jurnalist olaraq mən də dəvətliyəm. Onda Mətbuat Şurası Sahil metrosu tərəfdə yerləşirdi. Xülasə, getdim! Kimlər yox idi ” Dəyirmi masa” da?! Tanıdığınız bütün qarabağlı jurnalistlərin hamısı burdaydı. Çoxunu tanıdım, amma tanımadıqlarımda vardı. İştirakçıların yarıdan çoxu danışıb fikirlərin söyləmişdi. Hər kəs öz subyektiv düşüncələrini məclis əhlinə çatdırmışdı. Maraqlı müzakirələr getdiyi vaxtda söz mənə verildi. Başladım (təxminən bu sözlər):” Son zamanlar bir neçə yazarımızın əsərlərini oxumuşam və hər dəfə oxuduqca o əsərlərdə sözün həqiqi mənasında Qarabağın nəfəsini, yanğısını hiss eləmişəm. Məsələn Aqil Abbasın "Dolu”, Nüşabə Məmmədlinin 



"Zəngulə”, Vahid Qazinin "Ruhlar şəhəri” və sair əsərləri....
(Yerdən replika):Əşşi Vahid Qazi nə bilir yazı yazmağı....

İlk ağlıma gələn fikir: Kimdi o? Neçə gündü ağlaya-ağlaya oxuduğum yazıçını kim cəsarət eləyib tənqid etdi”.

Ardıcıllıqla, təmkinlə, mədəni-mədəni danışdığım mövzu yadımdan çıxdı. Gözümlə axtarıb "atmaca atanı” tapdım. Gülümsəyən sarıbəniz adama gözüm sataşanda coşdum: "Axı siz oxumadığınız bir əsər haqqında, tanımadığınız bir adam haqqında niyə belə danışırsınız? Siz, ömrünüzdə bir dəfə Vahid Qazinin yerinə qoydunuz özünüzü? Onun həsrət qaldığı o cığırları, yolları, məhləni heç olmasa bir dəfə gəzdiniz, arzuladınız, xiffətini çəkdiniz?”

Susdura bilən yoxdu eyyy məni....Sarıbənizi ağ yuyub, qara sərirəm.
Yanımda kimsə məni dürtmələdi, dartışdırdı ki, otur... Bir iki cümlədə kövrələ-kövrələ nəsə dedim oturdum. Day məndən sonra danışanları dinləmirdim. Amma arabir "pıqqıldaşma” hiss edirdim. Heç maraqlanmadım da. Uzun sözün qısası, məclis sona yetdi. Hamımız foyeyə cıxdıq. Qarderoba yaxınlaşdıq.

Elə bu an da o sarıbənizli "atmaca atan” gülümsəyərək yaxınlaşdı. Mənim sevimli yazıçımı və sevimli əsərimi tənqid etdiyi üçün buna tərəf heç çönmədim. Amma onun "Çox sağ olun xanım, təşəkkür edirəm”dediyini eşitdim.

Səhv etmirəmsə, ondan sonra qarderoba yaxınlaşan Zamin Hacı idi. Paltosunu əlinə alıb qapıdan çıxmağa hazırlaşan sarıbəniz”atmaca atan”ana tərəf ucadan və nümayişkaranə səsləndi: Vahid Qazi, məni də gözlə!

10 ildən çox keçib e, hadisə yadıma düşəndə, hələ də bilmirəm, gülüm, ağlıyım. pərt olum, utanım.....Amma Vahid Qazi” Ruhlar şəhəri” ilə həmişə məni ağladıb.



İmza:

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2020-07-08


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK