Şəfəq qəsəbəsində yaşayış binasında partlayış olub, yaralanan var - VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Adalet.az-a FHN Mətbuat xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yeddimərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 62 kv.m. olan 2 otaqlı mənzildə yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən edilib.
Partlayış nəticəsində evə ziyan dəyib, 1 kv.m sahədə ev əşyaları yanıb, 1 nəfər xəsarət alıb.
FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Digər Xəbərlər
08 Oktyabr 2026 00:55
Ermənilərin Gəncəni üçüncü dəfə bombalamasından altı il ötür
07 Oktyabr 2026 15:26
Bakı-Qazax yolunda maşın aşıb, 3 nəfər ölüb - YENİLƏNİB
07 Oktyabr 2026 12:44
"Niva" dağlıq yolda 70 metr məsafədə dərəyə yuvarlandı - VİDEO
06 Oktyabr 2026 12:05


Bakı -°C

