Qalibaf: Qafqaz xarici güclərin rəqabət meydanına çevrilməməlidir
Qafqaz xarici güclərin geosiyasi rəqabət meydanına çevrilməməlidir.
Adalet.az "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşdə bildirib.
"İndi Qafqaz regionunun hər zamankından daha çox sülhə ehtiyacı var və rəsmi sərhədlər möhkəmləndirilməlidir. Təcrübə göstərir ki, regiondankənar güclərin müdaxiləsi təhlükəsizliyin pozulmasına səbəb ola bilər", - o bildirib və Fars körfəzi regionunu örnək gətirib.
Mirzoyan iki ölkənin əməkdaşlığını qabardıb:
"Dostluqlar və davamlı əlaqələr problemlər zamanı bir yerdə olmaqdan yaranır. Əslində, çətin günlərdəki dostluq əlaqələrin daha da möhkəmlənməsinə səbəb olur.
Region ölkələri nəqliyyat, enerji, infrastruktur və s. sahələrində misilsiz imkanlara malikdir, buna görə də əməkdaşlığımızı genişləndirməli və inkişaf etdirməliyik. Bu səbəbdən Ermənistan qonşuları ilə kommunikasiya xətlərini inkişaf etdirmək niyyətindədir".
Xatırladaq ki, Mirzoyan İranda səfərdədir. Bundan əvvəl o, iranlı həmkarı Abbas Əraqçi ilə görüşüb.
Digər Xəbərlər
16 Noyabr 2026 12:46
Gürcüstan-Rusiya danışıqları bərpa olunur
16 Noyabr 2026 12:46
Ukrayna Krım körpüsünə zərbə endirdi
16 Noyabr 2026 11:30
Tramp nə vaxt Nobel Sülh Mükafatına layiq görüləcək?
16 Noyabr 2026 10:55
Gürcüstan Brüsseldə keçiriləcək Aİ sammitindən imtina etdi
16 Noyabr 2026 00:00
ABŞ qırıcılarını Yaponiyaya yerləşdirdi
15 Noyabr 2026 18:00
Fələstinlilərin ölümünə görə Netanyahunu tənqid etdi
15 Noyabr 2026 17:46
Türkiyədə avtomobil yolları PUA-ların uçuş-enməsi üçün uyğunlaşdırılacaq - Nazir
15 Noyabr 2026 17:37


Bakı -°C

