Bu ərazimizə qar yağdı: 10 santimetr
Qubanın Xınalıq kəndinə qar yağıb.
Adalet.az xəbər verir ki, kəndə axşam saatlarından qar yağmağa başlayıb.
Xınalıq kəndində qarın qalınlığı artıq 9-10 santimetrə çatıb.
Hazırda ərazidə yağmurlu və şaxtalı hava şəraiti hökm sürür, qarın yağması intensiv şəkildə davam edir.


Bakı -°C

