“İşğaldan azad olunandan sonra Cəbrayıl rayonunun iqtisadiyyatı 16 dəfə böyüyüb”
“4 Oktyabr - Cəbrayıl şəhəri günüdür. 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələrinin Cəbrayıl rayonunu işğal etməsi nəticəsində rayona 14 milyard dollara yaxın ziyan dəymişdi. 6 il əvvəl isə Cəbrayıl şəhəri şanlı ordumuz tərəfindən işğaldan azad olundu”.
Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.
O, bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı əsasən isə 4 oktyabr Cəbrayıl şəhəri günü kimi qeyd olunur:
“İşğaldan azad olunduqdan sonra Cəbrayıl rayonu bərpa və yenidən qurma mərhələsinə qədəm qoydu. Zəfərdən sonra Cəbrayıl rayonun bütün iqtisadi göstəricilərində ciddi artım qeydə alınıb. İşğaldan azad olunandan sonra Cəbrayıl rayonunun iqtisadiyyatı 16 dəfə böyüyüb. Belə ki, bu rayonumuzda 2020-ci ildə əsas sahələr üzrə məhsul istehsalı 30 milyon manat idisə, indi bu göstərici yarım milyard manatı keçib. 2021-ci il ilə müqayisədə rayon iqtisadiyyatına sərmayə qoyluşları 2 dəfə artaraq 500 milyon manata çatıb. Böyük Qayıdış Proqramına əsasən, işğaldan azad olunan ərazilərimizdə məskunlaşma prosesi də davam etdirilir. İşğal nəticəsində dağıdılan və baxımsız bölgəyə dönən Qarabağ və Şərqi Zəngəzur artıq regionun əsas inkişaf mərkəzlərindən birinə çevrilməkdədir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
22 Noyabr 2026 00:32
Dünyanın iqtisadi nəhəngləri: Hansı ölkələr liderdir?
20 Noyabr 2026 12:44
“Əslində isə imkanlar kifayət qədər genişdir...”
20 Noyabr 2026 10:35
“Vyetnam ilə iqtisadiyyatın fərqli sektorlarında əməkdaşlıq imkanları yüksəkdir”
19 Noyabr 2026 10:24
“Bu gün böyük dövlətlər arasında rəqabət yalnız hərbi və siyasi müstəvidə getmir”
18 Noyabr 2026 11:51
Şirinləşdirilmiş mineral və qazlı içkilər aksizli mallar olacaq
18 Noyabr 2026 11:49
Çipsiyə 1 manat aksiz vergisi tətbiq ediləcək
18 Noyabr 2026 11:49
Azərbaycanda maliyyə bazarı iştirakçılarına qarşı sanksiyanın məbləği dəyişdirilir
18 Noyabr 2026 11:47


Bakı -°C

