"Real Madrid" Arda Gülerlə yeni müqavilə imzalayır
"Real Madrid" klubu türkiyəli yarımmüdafiəçisi Arda Gülerlə yeni müqavilə bağlamağa hazırlaşır.
Adalet.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Məlumata görə, tərəflər yeni müqavilənin bütün detallarını razılaşdırıblar. Yeni sözləşmənin müddətinin 2031 və ya 2032-ci ilin yayına qədər olması nəzərdə tutulur. Eyni zamanda, gənc futbolçunun məvacibinin də əhəmiyyətli dərəcədə artırılacağı bildirilir.
"Kral klubu"nun bununla bağlı rəsmi açıqlamanı yaxın vaxtlarda verəcəyi gözlənilir.
Qeyd edək ki, 21 yaşlı futbolçunun hazırkı müqaviləsinin müddəti 2029-cu ilin iyununadəkdir.
Digər Xəbərlər
18 Noyabr 2026 10:30
Portuqaliya yığmasında daha bir gərginlik: O da millinin düşərgəsini tərk etdi
18 Noyabr 2026 09:08
Millətlər Liqası: Danimarka Norveçə, Uels isə Portuqaliyaya uduzdu
17 Noyabr 2026 16:52
Azərbaycan millisi seçmə mərhələni bir xalla başa vurdu
17 Noyabr 2026 09:24


Bakı -°C

