adalet.az header logo
  • Bakı -°C
05 Oktyabr 2026 18:18
67
MƏMLƏKƏT
A- A+

Yağışlar bu yolu bağladı - 8 kəndə gediş-gəliş çətinləşdi

Güclü yağışlar Quba-Xınalıq yolunda sürüşmə təhlükəsini yenidən artırıb.

Adalet.az xəbər verir ki, hadisə yolun 30-cu kilometrində qeydə alınıb. Sürüşmə nəticəsində iri qaya parçaları və palçıq yola tökülərək hərəkəti tamamilə dayandırıb.

Hazırda yol bağlı olduğundan ərazidə nəqliyyatın hərəkəti mümkün deyil. Bu səbəbdən 8 kəndlə avtomobil əlaqəsi çətinləşib.

Sakinlərin sözlərinə görə, sürücülər maşınlarını yolun hər iki tərəfində saxlamaq məcburiyyətində qalır, qarşı tərəfdən gələn avtomobillər isə sərnişinləri götürərək hərəkətlərini davam etdirirlər.