ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: JURNALİST

İstedadlı yazıçı-jurnalist, dostumuz və qardaşımız Məzahir Əhmədzadənin 70 illiyinə

9190    |   2020-06-05 08:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... İlk baxışdan çox əsəbi və gərgin insan təsiri bağışlayır Məzahir Əhmədzadə. Bu, ilk baxışdan belədi. Onu tanımaq üçün çox yox, yarım saat, bir saat bəs eləyər ki, bu istedadlı yazıçı-jurnalistin dünya boyda ürəyini görəsən. Və bu dünya boyda ürəkdə Allaha and olsun ki, ancaq sevgi var... məhəbbət var... insanlıq var... Və bir az da yaxınlaşsan, bir az da qəlbini ələ ala bilsən bax, onda görərsən ki, bu sirli dünyanın içində nələr var...

... Onu 1991-ci ildən tanıyıram. Hələ onda Loğman Rəşidzadənin baş redaktor olduğu "Kənd həyatı” jurnalında məsul vəzifədə çalışırdı. Və tələbə dostum, istedadlı qələm sahibi Loğman Rəşidzadə də hər yazarı yanına dəvət eləməzdi. Gör, Məzahir Əhmədzadəni necə yaxşı tanıyıbsa və ona necə güvənibsə, yanına gətirmişdi. Və mən dostumuz və qardaşımız Məzahir Əhmədzadənin bir-birindən gözəl publisist yazılarını və gözəl şeirlərini hələ ötən əsrin 70-ci illərində oxumuşdum.

... Və görmüşdüm ki, Məzahir heç də adi qələm sahibi, adi yazar, adi jurnalis və adi ziyalı deyil. Söz onun üçün dünyanın ən qiymətli, ən dəyərli varlığıdı.... Söz onun üçün həyat, gün işığı, su, hava deməkdi... Söz onun üçün Allah qədər müqəddəs, övlad qədər əziz bir varlıqdı... Və həmişə o, Sözün üstündə yarpaq kimi əsib, onu qoruyub və axırda da tər-təmiz bulaq suyu kimi Sözü oçerkə, reportaja, felyetona, zarisovkaya çevirərək öz sevimli oxucularına ərmağan eləyib...

Məzahirin elə bir böyük ürəyi var ki, yenə deyirəm, o hər adamda yoxdu. Bizim əməkdaşlardan kimsə Göyçaya onun yanına gedibsə, evinə aparıb, süfrə açıb, mehmanxanada yox, öz mənzilində saxlayıb. Bax, bunu hər kişi eləməz ey! Bunu o adam eləyər ki, onun ürəyində bir damla da olsun xəbislik, paxıllıq, qısqanclıq olmasın. Bir dəfə də mən qələm dostumuz Məhəmmədəli Mustafa ilə Göyçayda olanda Məzahir müəllimlə görüşdük. Ümumiyyətlə, həmişə o, nəinki bizi, qəzetimizdən rayona ezamiyyətə gedən hər bir əməkdaşı böyük sevgiylə qarşılayıb və bizi də həmin sevgiylə qarşıladı. Dedi ki, səhər-səhərdi, gedək bizə bir stəkan çay içək, sonra iş dalınca gedərik. Sözün açığı, düşündük ki, yəqin qardaşımız xala-xətrin qalmasın deyə bizi evə dəvət eləyir. Amma sonradan gördük ki, yox, bu insan nə deyirsə ürəkdən, səmimi qəlbdən deyir. Ona görə də Göyçaydakı mənzilinə getdik. Ailəsi, balaları bizi çox böyük hörmətlə qarşıladılar...

... İki daşın arasında bizə süfrə açdılar. Bir-birindən ləziz yeməklər masanın üstünə düzüldü. Sözün düzü, istəmirdik ki, qardaşımızı səhər-səhər əziyyətə salaq. Əvvəl özü çörək kəsdi, bizə uzatdı. Sonra da Allahın verdiyi o nemətlərdən doyunca yedik. Mən onun mənzilində olarkən görmədiyim çox qəribə bir hadisəylə üzləşdim: başqa bir masanın üstündə qəzetimizin 1991-ci ildən həmin günə qədər çapdan çıxmış bütün nömrələrinin səliqəylə toplanmış saylarını gördüm. İnanın, mən onun bu qəzetlə nəfəs almağını bilirdim. Amma "Ədalət”ə bu boyda sevgisini görməmişdim. Və birinci dəfə gördüm və onu alqışladım. Gördüm ki, Məzahir Əhmədzadə balaları qədər elə "Ədalət”i də sevirmiş. Başqaları evə, mənzilə qiymətli mebellər alıb yığırlar. Amma Məzahir müəllim üçün ən qiymətli varlıq elə "Ədalət” qəzetidir. Bu adam qəzetə gəldiyi ilk gündən bu günə qədər onun havasıyla nəfəs alır, onun havasıyla yaşayır, onun havasıyla səhərini açır...



... İşimizi görüb günorta vaxtı Göyçayda gözəl bir bağın içində olan yeməkxanaya getdik. Orda da Məzahir müəllimi görən kimi yeməkxananın sahibi və xidmətçilər ayağa durdular və bizi böyük sevgiylə qarşıladılar. Yay vaxtı idi, süfrənin üstünə hər şey düzülmüşdü. Hətta yayın ortasında nar şirəsi də tapıb gətirmişdilər. Məzahir dostumuz bilirdi ki, mən içki içən deyiləm. O da hər içkini içən deyil. Özünün xüsusi brend arağı, konyakı, çaxırı olurdu. Və onlardan biri masanın üstünə gətirtdi. Məhəmmədəli Mustafa ilə adama 100 qram konyak "vurdular”. Həmin gün bazar günü idi və biz də Bakıya qayıdırdıq. Söhbət yeyib-içməkdən getmir ey, söhbət insanın məhəbbətindən, sevgisindən, qonaqpərvərliyindən gedir. İstədim xəlvət gedib hesabı ödəyim. Ancaq çölə çıxanda və xidmətçiylə söhbət eləyəndə o dedi ki, müəllim, Məzahir müəllim pulu ödəyib. Və Məzahir müəllimin yanında kimsə əlini cibinə salıb yeyib-içməyin pulunu verə bilməzdi. Çünki o deyirdi mən ev sahibiyəm, siz də mənim qonağım. Qonaq heç vaxt ev sahibinin yanında əlini cibinə salmaz...

... O, jurnalistikanın, Sözün həqiqi mənasında fanatıdı... O, böyük jurnalistikanın yolunda bütün sağlamlığını, həyatını və gəncliyini xərcləyib... O, böyük jurnalistikanın yolunda hər cür əzab-əziyyətə, hər cür sıxıntılara tab gətirib... Bu gün Azərbaycan jurnalistikasının şərəfini, ləyaqətini və qürurunu qoruyan bu sənətə sevgi gətirən 10 jurnalist varsa, onlardan biri Məzahir Əhmədzadədir. O, yeganə jurnalistlərdəndir ki, bütün janrlarda yüksək peşəkarlıqla yazı qələmə almağı bacarır. O yaxşı bilir ki, korrospandensiya nədir, məqalə nədir, oçerk nədir, zarisovka nədir, reportaj nədir, felyeton nədir.

İstedadlı yazıçı-jurnalist hər janrda, tam səmimi deyirəm, unikal və şedevr yazılar qələmə alıb. Bu yazıların mövzusu, rəngarəngliyi və bir-birinə bənzərsizliyi həmişə oxucuların yaddaşında silinməz iz qoyub. Onun yazılarında fəlsəfə də var, elm də var, publisistika da var, bədii təfəkkür də var və ən nəhayət, çox böyük ürək də var. Bu elementlərin birləşdiyi yerdə həmişə bir-birindən gözəl və möhtəşəm bədii yazılar işıq üzü görüb.

Onun bir-birindən gözəl iki kitabı çap olunub. Söhbət heç də kitabdan getmir. Bəzən elə yazı var ki, bir kitaba dəyər. Onun bir kitaba dəyən Göyçayın Nar bayramından yazdığı reportajlar, oçerklər, zarisovkalar inanın, mənim yaddaşımda və qəlbimdə həmişə iz qoyub. Məzahir nədən yazırsa yazsın, hansı mövzuda yazı qələmə alırsa alsın, orda mütləq onun ürəyi, onun bədii təxəyyülü, onun peşəkarlığı görünüb. Min yazının içində onun yazıları orijinallığı, üslub rəngarəngliyi və ən nəhayət, bədii təfəkkür cizgilərilə seçilir...

Məzahir Əhmədzadə həmişə böyük jurnalistikaya ləkə gətirən, qapı-qapı gəzib bu sənəti gözdən salan cızmaqaraçıları çox cəsarətlə və ədalətlə ifşa edib. İfşa edib ki, ay zootexnik, ay ferma müdiri, ay baytar həkim, ay bir imla yaza bilməyən nadan, bura sənin yerin deyil. Sən bu sənətə, bu jurnalistikaya yamaqsan. Bax, bunları demək üçün insanda cəsarət, güc və eləcə də ürək olmalıdır. Heç bir jurnalistin deyə bilmədiyi o sözləri o yazar deməyi bacarır. Məzahiri bir də başqalarından fərqləndirən odur ki, 50 illik jurnalistika fəaliyyətində bu sənətə, bu işə şərəf və sevgi qazandırıb. Yenə deyirəm, o, yeganə jurnalistlərdəndir ki, nəyinsə xatirinə heç vaxt baş kiməsə əyməyib. Əksinə, bu sənətin şərəfini və bu sənətin ləyaqətini hər şeydən üstün tutub. Cəmi bir dəfə onun işlədiyi bölgəyə getsən görürsən ki, Məzahir Əhmədzadənin necə böyük nüfuzu, çəkisi var. Vaxtilə "Kommunist”, "Sovet kəndi” "Bakinskiy raboçiy” və "Gənclər” qəzetlərinin xüsusi müxbirlərinin necə nüfuzu rus demiş, "vesi” vardısa, bax, onun da bu gün elə ağayana, ləyaqətli sambalı var. Bu sambalı bütün onu tanıyanlar yaxşı görür və bilirlər.

Zarafat deyil, 50 il jurnalistikada çalışasan və 70 il ömür sürəsən və ləyaqətini də beləcə qoruya biləsən. Bu hər kişiyə, hər jurnalistə, hər yazara nəsib olan keyfiyyət deyil. Məzahir Əhmədzadə üçün dünyanın ən böyük var-dövləti onun seçdiyi və sevdiyi jurnalist sənətidir.Və bu sənət həmişə onu ucaldıb, o da bu sənəti.

O, qəzetimizin bölgələr üzrə baş redaktorun müavinidir. Və Məzahir həm də bizim aramızda olan yeganə yazarlardandır ki, qəzetin hər nömrəsini birinci səhifədən sonuncu səhifəyə qədər oxuyur və öz fikrini bildirir. Və mənə də həmişə Faiq Qismətoğlu yox, Faiq Hüseynov deyir. Bilmirəm, onun nəzərində mən belə qalmışam. Bu özü də bir orijinallıq, qeyri-adi yanaşmadır.

Ad günü redaksiyamıza gəlmişdi. Çox şən, gümrah və nikbin görsənirdi. Hamımız onu qucaqlayıb öpdük və təbrik elədik. Hətta Gülər xanım dedi ki, Məzahir müəllim, heç sizə 70 yaş vermək olmaz. Təbii ki, o da bu sevgidən çox sevindi. Və biz gördük ki, Məzahir müəllimin 70 yaşı tamam olsa da, amma ürəyi çox gənc, cavandı. Əsas yaş deyil, əsas ürəkdi. Heç indiki gənclər onun kimi yazıb yarada bilmir... heç indiki gənclər onun kimi enerjili deyil... heç indiki gənclər onun kimi o qədər ağrı-acıya, sıxıntıya, çətinliyə də dözən deyil... O, baş redaktorla görüşüb birbaşa bölgələrə abunə arxasınca yola düşdü.

Və mən Məzahir müəllimə bir arzumu bildirmək istəyirəm:

- Yetmiş yaşın mübarək, qardaşım! Demirəm, 90 il, 100 il yaşayasan. İndən sonra Allahın verəcəyi ömrü ağrı-acısız, dərdsiz-kədərsiz yola salasan... Demirəm ki, qocalmayasan. Deyirəm ki, heç vaxt darıxmayasan. Axı sən həm də darıxan adamsan. Və bir də deyirəm ki, Allah-Təala səni balaların sarıdan sevindirsin. Və çəkə biləcəyin qədər yük versin. Bu yükü çəkə bilsən, deməli, həmişə üzü günəşə, üzü işığa, üzü sevgiyə doğru addımlayacaqsan...

... Ayrılanda çöhrəsində bir gülüş, bir sevgi, bir təbəssüm hiss elədim. Heç onu bu qədər nikbin görməmişdim... heç onu bu qədər rahat da hiss etməmişdim... Amma bu dəfə çox rahat, çox sakit, çox da şux görünürdü. Çünki Gülər xanımın sözüylə demiş olsaq, "şık” geyinmişdi və 70 yaşının sevincini bizimlə bölüşürdü...




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2020-07-05
2020-07-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.57%)
Pullsuz (11.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK